Rusiyada narkomanlar sürücülük hüququndan məhrum edilə bilər- Daxili İşlər Nazirliyi təklif verib

0
8
Rusiyada narkomanlar sürücülük hüququndan məhrum edilə bilər.

ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, belə bir təkliflə Rusiya Daxili İşlər Nazirliyi çıxış edib.

Daxili işlər nazirinin müavini İqor Zubov Federasiya Şurasında çıxışında deyib ki, bir çox ölkələrdə narkoman xəstələr təhlükəli sahələrdə işləmək və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum ediliblər. İ.Zubov hazırda Daxili İşlər Nazirliyinin bu təcrübənin Rusiyada tətbiqi imkanlarını müzakirə etdiyini, digər ölkələrdə bu məsələnin necə həll olunduğunu öyrəndiyini nəzərə çatdırıb.