Bakı Dövlət Universitetinə yeni rektor təyin olundu –SƏRƏNCAM

0
2
Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Milletim.info bildirir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. “Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin”-deyə sənəddə qeyd olunur.

Prezidentin digər sərəncamı ilə Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru olan Elçin Babayev 4 aprel 1965-ci ildə Azərbaycan SSR, Naxçıvan MSSR, Naxçıvan şəhərində anadan olub.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, “ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsi şöbəsinin rəhbəri olub.