Avropa Birliyi 2021-ci ildən etibarən Amerika vətəndaşlarına viza tətbiq edəcək.
Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildiirilib ki, ABŞ-dan olan turistlər üçün Avropaya giriş üçün Avtorizasiya Sistemi fəaliyyət göstərəcək. Bunun sayəsində amerikalılara 3 il qüvvədə olan vizalar veriləcək.
Qeyd edək ki, hazırda ABŞ vətəndaşları vizasız Avropaya gələ və 90 gün burada qala bilərlər.