İŞARƏ DƏNİZDƏN GƏLDİ !!!

0
4

İŞARƏ DƏNİZDƏN GƏLDİ !!!

Məmləkətdə baş verən eybəcərliklərin fonunda, yaşanan rəzalətin içərisində xeyli insanlar, nə olacaq, nə bitəcək deyə, bir-birinnən soruşur, gecə-gündüz bu haqda düşünürlər. Rəsmi təbliğat isə, var gücünnən öz uğurlarından dəm vurur və təbliğatçılar da, təbliğ olunanlar da, cəmiyyətin düşünən başlara sahib olan kişiləri sındırdıqlarını, yox etdiklərini düşünürlər…
Bu arada, əsən küləyə davam gətirməyən bir qayıq barəsində hamı danışır. Amma bu külək də, o qayıq da, əslində baş verənlərə və verəcəklərə mistik bir işarəydi, İlahi görküydü. Təbii ki, arif olanlara verilən bir işarədi bu…
Nəyin uğur olduğuna, kimin sındığına və ya sındırıldığına zaman və tarix qiymət verəcək. Məhkəmədə “Məni güllələmək azdı, şaqqalamaq lazımdı” deyən “allah”ları görüb bu məmləkət və indi də Allahın özünü belə yediyini düşünən təzə “allahlar” peydahlanıblar. Və bunların da tökdükləri qanda boğulacağı gün olacaq, mütləq olacaq. Tanrı dərgahına daha ağır cəzayla yollanıb oradakı cəzalarını xəfiflətmək üçün yalvaracaq, etiraflarda bulunacaqlar. Amma ən maraqlısı bilirsinizmi nə olacaq, yenə də cəllad baltaları öz nökərlərinin əlində olacaq. Bolşevizmin mahiyyəti belədi, bunlar Pavlik Morozov yaşlarında məqam üçün dədələrini satar, Nikita Xruşşov yaşlarında, yenə də məqam xatirinə, dünən küçüklük elədiklərinə, bu gün böyüklük eləmək iddiasına düşərlər. Amma yolun sonu həp eynidi, edamda, dar ağacında, güllələnmədə, ya da Sibir “lesopal”ında faciəli bir son. Bizim əsas dərdimiz isə, bütün tərəqqipərvər bəşəriyyətin qara röya kimi xatırladığı bolşevizmdən qurtula, kommunistləri yenə bilməməyimizdi.

Səbəb isə birdi, boşeviklər də, onların kommunist nəvələri də heç gücə söykənmədilər, həp zora arxalandılar. Biz isə, güclü olanda zordan çəkindik, zor işlədə bilmək məqamında gücümüzü kullanmağı bacarmadıq. Bəli, məhz bacarmadıq. İndi baş verənlər isə, bacarmadığımızın bədəlidi, canımıznan, qanımıznan, malımıznan, mülkümüznən ödəyə-ödəyə gedirik. Kimin nəyi varsa onu da vermək zorundadı. Amma İlahinin bir hesabı və hesabdarı da var, adına dünya deyilən bu fani kürreyi-ərzin. Və dənizdən gələn işarə də hesab vaxtının qapılarımızı döydüyünü deyir. Başı boş, cibi dolu olub, fani dünyanı dördəlli tutanlar belə işarələrdən anlamazlar. Söhbətin nədən getdiyini arif olanlar bilər və hər nə qədər zülm ərşə çıxıb, düşünən başlar kəsilsə də, bu dünya ariflərdən heç zaman xali olmadı. Məndən söyləməsi ki, ariflər də, həriflər də, hesaba hazır olalım !!!

LEAVE A REPLY