XƏZƏR ÖLÜ DƏNİZƏ ÇEVRİLƏ BİLƏR –Qonşu ölkə mütəxəssisləri hövzədə su səviyyəsinin yaxın 10 ildə azalacağına diqqət çəkir

0
7
“İsna.ir”  21.01.2019

 

Ölkə tədqiqatçılarının fikrincə, son illərdə Xəzər dənizində suyun səviyyəsi azalıb, hövzəyə müxtəlif növ çirkab və tullantı suları axıdılıb. Dəniz yatağının üzvi maddələrlə yüklənməsi və bu sahələrdə oksigenin azlığı Xəzəri tədriən ölü dənizə çevirir.

Okeanoqrafiya və Atmosfer Tədqiqatları Mərkəzinin elmi əməkdaşı Həmid Əlizadə Xəzər dənizini ən böyük su hövzəsi kimi səciyyələndirir: “Genişliyinə görə dəniz adlandırılan Xəzər, əslində, qapalı göldür. Əlbəttə, bu göl keçmişdə coğrafi cəhətdən Qara dəniz vasitəsilə açıq dənizlərlə birləşirdi”.

Əlizadə bildirib ki, Xəzər dənizi hazırda iki kanalla, Volqa-Don vasitəsilə Azov və Baltik dənizinə birləşir. “Xəzər dənizi təxminən 1200 kilometr uzunluğundadır, orta dərinliyi təxminən 208 metrdir, İran, Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan daxil olmaqla, sahilyanı zolağı var”.

Həmid Əlizadənin sözlərinə görə, Xəzər dənizinə təxminən 130 çay axır (Volqa, Ural, Terek, Kür və Səfidrud və s.), lakin çay sularının 80 faizi Volqaya aiddir.

Okeanoqrafiya və Atmosfer Tədqiqatları Mərkəzinin əməkdaşı bildirib ki, bölgədəki iqlimə Atlantik okean və şərq dənizləri, Şimal Buzlu okean və Sibirin buzlaq sahələrində meydana gələn atmosfer cərəyanları təsir göstərir. “Xəzər dənizi qərbdə Qafqaz dağları ilə əhatə olunub və bu da öz növbəsində, regional iqlim dəyişikliyinə səbəb olur”.

Tədqiqatçının sözlərinə görə, Xəzər dənizinin sahilboyunda orta yağıntı səviyyəsi təxminən 300 mm-dir. Yalnız İran sahillərində və Azərbaycanın cənub hissələrində 700-1700 mm arasında dəyişən rütubətlilik mövcuddur.

“Xəzər dənizinin yatağı qeyri-bərabər paylanıb. Buna görə də, şimal hissələri 25 metrədək dərinliyə malikdir. Orta hissədə 788 m dərinlik var, ən dərin hissəsi cənub hissəsidir – 1025 metr”.

Xəzər dənizinin bənzərsiz bioloji və okeanoloji xüsusiyyətlərini vurğulayan Əlizadə bioçeşidlərin tədricən azalmasına və dənizə axan çaylarda sulfat, karbonat və xlor kimi kimyəvi maddələrin artmasına diqqə çəkib. “Xəzər dənizinin şoranlığı açıq dənizlərin şoranlığının təxminən üçdə biri qədərdir (şimalda 1 litrdə – təxminən 12 qr,  cənubda – 14 qr)”.

Okeanoqrafiya və Atmosfer Tədqiqatları Mərkəzinin əməkdaşı deyib: “Xəzər dənizində səviyyə dəyişikliklərin əsas səbəbi iqlimdir: “Dənizə yeraltı və yerüstü suların daxil olması, dəniz çöküntüləri, buxarlanma ən mühüm iqlim nəzarətçilərdir”. Əlizadənin sözlərinə görə, Volqa çayının axını və buxarlanma dərəcəsi də dəniz səviyyəsindəki dəyişikliyi izah edir. Xəzər dənizinə daxil olan böyük çaylarda bir neçə bəndin tikintisi kənd təsərrüfatında suyun istifadəsinin artmasına gətirib çıxarıb.

Tədqiqatçının fikrincə, təkcə Volqa üzərində inşa edilən anbarların əhəmiyyəti Xəzər dənizinə daxil olan çaylarda tikilən digər bəndlərlə müqayisədə daha çoxdur.

Əlizadə bildirib ki, hövzədə suyun istehlakı Xəzər dənizində suyun səviyyəsini bir metr yarım azaldır. XX əsrin 30-cu və 70-ci illərində də bu vəziyyət müşahidə olunub.

“Son 20 ildə də Xəzər dənizində havanın temperaturu və yerüstü sularda buxarlanma nisbətində bir qədər artım görünür”.

Tədqiqatçı deyib ki, insan faktorları son bir neçə il ərzində Xəzər dənizinə təsir göstərib. Sənaye və kənd təsərrüfatında istifadə və buxarlanma təsirsiz ötüşməyib. O vurğulayıb ki, atmosferdəki istixana qazlarının artması, temperaturun çoxalması və yağıntı rejiminin dəyişməsi, insan faktoru Xəzərdə su səviyyəsinə birbaşa təsir göstərən amillərdir. Yaxın 10 ildə dənizdə suyun səviyyəsi 1,5 met azalacaq.

Tərcümə: Strateq.az