Moskva “Twitter” və “Facebook”-a qarşı tədbirlərə başladı –Sosial şəbəkələrdən serverlərini Rusiyada saxlamaq tələb olunur

0
6

Rusiyanın kommunikasiyalara nəzarət qurumu ABŞ-ın “Twitter” və “Facebook” sosial şəbəkələrinə qarşı administrativ prosedurlar başladıb. Bu şəbəkələrin rusiyalı vətəndaşlar barədə şəxsi məlumatların Rusiyadakı serverlərdə saxlanmasını tələb edən qanunvericiliyə əməl etmədiyi iddia olunur.

“Roskomnadzor” yanvarın 21-də bildirib ki, bu iki şirkət sözügedən qanunvericiliyə necə əməl edəcəyinə dair planlarını açıqlamayıb.

““Facebook” və “Twitter” sosial şəbəkələrinə nəzarət edən şirkətlər tələblərimizə yalnız rəsmi cavab veriblər ki, rusiyalı istifadəçilərin şəxsi databazalarının Rusiyada yerləşdirilməsini təsdiqləyirlər”, – “Roskomnadzor”- un mətbuat xidməti bəyanatında deyir.

Agentliyin rəhbəri Aleksandr Zarov hələ dekabrda şirkətlərə xəbərdarlıq etmişdi ki, Rusiya qanunvericiliyinə əməl etmirlər. Agentlik yanvarın 17-ni son tarix qoymuşdu, cavabları alıb, ancaq onları yetərli saymayıb.

Administrativ prosedura uyğun olaraq, şirkətlər 5 min rubl (75 dollar) cərimələnə, onların qanunvericiliyə əməl etməsi üçün altı aydan bir ilədək vaxt qoyula bilər.
Şəxsi informasiyalar barədə qanun 2015-ci ilin sentyabrında qəbul olunub, yerli və xarici şirkətlərdən rusiyalı vətəndaşların şəxsi məlumatlarını Rusiyadakı serverlərdə saxlamaq tələb olunur.

(Azadlıq radiosu)