Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.
Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 76 493 nəfər artaraq 2018-ci il dekabr ayının 1-də 9 974 578 nəfərə çatıb.
Ölkədə bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Ümumi əhalinin 52,9 faizi şəhərdə, 47,1 faizi kəndlərdə yaşayır. Əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.