Azərbaycan məktəblərində iki gün dərs olmayacaq –Nazir hava ilə bağlı əmr verdi

0
6
Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Milletim.infoTəhsil Nazirliyinə istinadən xəbər verir ki, əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-irespublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır.

Bununla bağlı bütün tədbirlər təxirə salınır.