Ermənilər və “demokratik dünya” bildiyini edir – Azərbaycan, sadəcə, “baş ağrıdır”…
ABŞ-ın Kaliforniya ştatının təhsil departamenti erməni icmasının təqdim etdiyi “qondarma erməni soyqırımı” tarixinin tədris edilməsi üzrə iki illik layihəni qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistanın “Asbarez” qəzeti məlumat yayıb. Layihənin təqdimatının 2019-cu il ərzində keçiriləcəyi gözlənilir. İyun ayında müəllimlər üçün iki seminar keçiriləcək. Bundan əlavə, proqram “Şoa” Fondu İnstitutu ilə də əməkdaşlığa başlayıb və hər iki qurum ötən ilin dekabrında ilk müşavirələrini keçirib.
Qəzetin yaydığı digər məlumata görə, Texas ştatının təhsil şurası, qondarma “erməni soyqırımı”nın şagird və tələbələr tərəfindən dünya tarixindəki soyqırım nümunələrindən biri kimi öyrənilməsi üçün təhsil standartlarının yeniləyib.
Xatırladaq ki, qondarma erməni soyqırımı barədə məlumatların tədris materiallarına və dərsliklərə daxil edilməsi barədə ilk qərarı 2014-cü ildə Kaliforniya ştatının qanunvericilik orqanının təhsil məsələləri üzrə alt komitəsi qəbul edib.
P.S. Ermənilər və “demokratik dünya” bildiyini edir – Azərbaycan, sadəcə, “baş ağrıdır”…