Ölkədə görmə, danışıq və onurğa problemləri olan uşaqların sayı artıb –STATİSTİKA

0
5
Azərbaycanda son illər ərzində profilaktik müayinə olunan uşaqlar arasında görmə qabiliyyətində, danışığında və onurğa sütununda problemlər aşkarlanan uşaqların sayı artıb.

Milletim.info Trend-ə istinadən bildirir ki, 2017-ci ildə Azərbaycanda 2 milyon 457 min 400 uşaq profilaktik müayinə edilib ki, onların 2000 nəfərində eşitmə qabiliyyətinin, 13 300 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2800 nəfərində danışığının qüsurlu olduğu, 3 000 nəfərində skolioz aşkarlanıb. 2016-cı ildə isə müayinə olunan 2 milyon 460 min 400 nəfər uşağın 2200 nəfərində eşitmə qabiliyyətinin, 10 100 nəfərindəgörmə qabiliyyətinin zəif olduğu, 2500 nəfərində danışığın qüsurlu olduğu, 2800 nəfərin skoliozlu olduğu məlum olmuşdu.

2015-ci ildə isə müayinə olunan 2 milyon 412 min 400 uşağın 2000 nəfərində eşitmə, 9 100 nəfərində görmə qabiliyyətinin zəif olduğu, 2000 nəfərində danışığın qüsurlu olduğu, 2100 nəfərinin skoliozlu olduğu məlum olmuşdu.

2015-ci ildə qaməti pozulmuş 1200, 2016-cı ildə 1600, 2017-ci ildə 1600 uşaq aşkarlanmışdı.