Vüsalə Mahirqızı yeni sayt yaratdı:”Hər kəsin haqqını tanımaq lazımdır…”

0
7

Fəaliyyətini dayandıran “APA Holdinq”in keçmiş rəhbəri Vüsalə Mahirqızı tibb sahəsi üzrə ixtisaslaşmış sayt açıb.

Bu barədə o, “Feysbuk”dakı səhifəsində yazıb.

V.Mahirqızı bildirib ki, “e-tibb.az” adlı saytın rəhbəri APA-da Baş direktorun müavini olmuş Nurşən Quliyev olacaq: “Bu biznes layihəsinin rəhbəri Nurşən Quliyevdir. Nurşən, ya mən, elə fərq etməz, amma hər kəsin haqqını tanımaq lazımdır…”.