QAPILARIMIZ SADIX MURTUZAYEVİN ÜZÜNƏ AÇIQDIR

0
4

QAPILARIMIZ SADIX MURTUZAYEVİN ÜZÜNƏ AÇIQDIR

Dünən Mətbuat Şurasında araşdırılan müraciətlərdən biri də Sadıx Murtuzayev adlı şəxsin Azinforum.az saytı və “Millətim” qəzetində onun barəsində gedən yazılarla bağlıydı. Öncədən bildirim ki, sən demə, Sadıx Murtuzayev həmin müraciəti Mətbuat Şurasına sentyabr ayının 21-də ünvanlayıb. MŞ-nın icraçı direktoru Rəhim Hüseynov müraciətə gec baxılmasının səbəbini ötən aylarda işlərinin çox olması ilə izah etdi. Yazdıqlarımızın hər zaman arxasında dayandığımız üçün, müraciətə 3 aydan sonra baxılmasının bizim üçüm heç bir probleminin olmadığını bildirdik. Ola bilər ki, gənc nəslin nümyəndələri Sadıx Murtuzayevi yaxşı tanımasın. Məlumat üçün deyim ki, bu şəxs Sovet Azərbaycanı dövründə ən yüksək vəzifələrdə çalışıb.
Azərbaycan SSR Mərkəzi Komitəsinin ideologiya şöbəsinə rəhbərlik edib. Sadıx Murtuzayevi qəzəbləndirən məsələ onun “İnsanla torpaq üz-üzə” adlı kitabının izinə düşməyimiz olub. Sadıx Murtuzayevin hazırda 89 yaşı var. Düzü, bu yaşda admla mübarizə aparmaq bizim üçün də xoş deyil. Amma təəssüflər olsun ki, bu şəxs etdiyi səhvi etiraf etmək əvəzinə bütün arsenalı ilə üzümüzə gəlir. Belələrinə yerini göstərmək, nəyə layiq olduğunu başa salmağı isə biz öz öhdəmizə götürdük. Ahıl yaşında olan bu adam elə bilib ki, yağan yağışlar bütün catlaqları örtüb. Yəqin ona görə belə iddialı görünürdü. Barəsində söz açdığımız kitabı müəllif 1989-cu ildə yazıb. Həmin vaxt Azərbaycana Əbdülrəhman Vəzirov rəhbərlik edirdi. Vəzirovun da naxçıvanllara olan münasibəti hamıya bəllidir. Rəhbərə xoş gəlmək üçün Sadıx Murtuzayev həmin kiatbın böyük bir hissəsini naxçıvanlılara həsr edir.

Həmin bölgənin insanlarını çox pis formada aşağılayır. Hələ elə detallar var ki, mən onu pis nəticələrə səbəb ola biləcəyindən yazmağı özümə rəva bilmirəm. Bu səbəbdən də, biz məsələyə bir qədər səthi yanaşaraq, yazılarda Sadıx Murtuzayevdən rusvayçı fikirləri ilə bağlı üzr istəməsinin zəruriliyini onun diqqətinə çatdırdıq. Azərbaycanın istənilən bölgəsindən olan adam həmin kitabı oxusa inandırım ki, üzr tələbinin müəllif üçün çox yüngül bir tələb olduğu qənaətinə gələr.
Şəkildə görüdüyünüz papaqlı kişi onun nümayəndəsidir. Çıxışının əvvəlində Sadıx Murtuzayevin parlaq bir sima olmasından danışdı və dedi ki, belə bir şəxsiyyət barəsində nəsə yazmaq günahdır. Sən demə, bu yazığın heç mübahisə predmeti olan kitabdan xəbəri də yox imiş. Ortaya faktalar qoyulandan sonra, kişi utandığını dedi və bildirdi ki, onun öz qızı Şərur rayonunda gəlndi. O, Mətbuat Şurasında məndən və dəyərli Ramiz Tağıyevdən Sadıx Murtuzayevin əvəzindən üzrhaqlıq etdi (kitabdakı fikirlərə görə -M.Q)

Mətbuat Şurasının rəhbərliyi də həmin kitabla tanış olanda təəccüblərini gizlətmədilər. Hətta Sadıx Murtuzayevin üzr istəməsilə bağlı tələblər də səsləndirildi. Mən bu gün araşdırılan məsələlərlə bağlı MŞ-nın adından yayılan press-relizlə tanış oldum. Bizimlə bağlı məsələdə bildirilir ki, KİV-lərə qarşı tərəfin mövqeyinə yer vermək tövsiyyə olunub. Buyursun Sadıx Murtuzayev, həm “Millətim” qəzeti, həm də bizim sayt onun mövqeyini dinləməyə hazırıq. Amma əminik ki, Sadıx Murtuzayevin bu faktların qarşısında yalnız bir sözü ola bilər. O da, bütün naxçıvanlılardan üzr istəməkdir…
Biz Azinforum.az saytı və “Millətim” qəzeti olaraq Mətbuat Şurasının rəhbərliyinə bu məsələni tam obyektiv araşdırdıqları üçün, dərin minnətdarlığımızı bildiririk.

Məhəmmədəli QƏRİBLİ

LEAVE A REPLY