NEFTİN AŞAĞI QİYMƏTİ, PROKSİ MÜHARİBƏLƏR, LİRƏNİN UCUZLAŞMASI… –”Blumberq” 2019-un iqtisadi risk siyahısını açıqladı

0
7
Netti İdayu İsmail, Pilipe Paçeko

“Bloomberg”

 

Yaxın Şərq investorları üçün gələcək ilə dair potensial tələlərin siyahısı uzundur.

Bazarda neft və enerji ixracatçılarına təzyiq artır. Səudiyyə Ərəbistanının qlobal mövqeləri şübhəyə alınır və Vaşinqton İrandan üz döndərib, hasilat artımı yolunu açıb, bəziləri isə qeyri-sabitlikdə Rusiyanın təsiri olduğunu söyləyir.

Bölgə heç vaxt əsəbi zəif olanların yeri olmayıb. İlin ilk yarısında Səudiyyə aktivlərini qaçaraq alan treyderlər köşə yazarı Camal Xaşuqcinin İstanbulda öldürülməsindən sonra bazarlarda böyük itkilərə məruz qalırlar.

Bəhreynin dostları da səhmlərin alışında zərərə düşüblər və “Aramco”-nun təxirə salınan səhm satışı sərmayəçilərdə güvən etibarsızlığı yaradıb.

Daha sonra, bu il dünyanın ən pis valyutaları arasında olan və hələ də xarici gəlirlərə əsaslanan Türkiyə var.

Boston mərkəzli “Eaton Vance Corp”-da maliyyə meneceri olan Marşall Stoker deyib ki, baş verən hadisələr zamanında anlamaq üçün uzaq yerlərdə daha çox vaxt keçirməyi planlaşdırır.

Beləliklə, investorları gələn il gözləyəcək ən böyük risklərin siyahısı:

 

Neft rautu

“Fitch Ratings” hesab edir ki, dünyanın ən yaxşı xam ixracatçısı olan Səudiyyə Ərəbistanı büdcəsini balanslaşdırmaq üçün neftin 1 barelini 80 dollardan artıq qiymətə çatmalıdır.

“2019-cu ilin aşağı qiymətləri 2018-ci ildə görülən maliyyə həcminin azalmasından sonra digər neft ixracatçılarının da balansına təzyiq göstərə bilər “, – Honq-Konqda yerləşən “Fitch Ratings”-ın direktoru Krisyanis Krustins bildirib.

Dekabrın əvvəlində OPEC tərəfindən istehsalın azaldılmasına dair sürpriz bəyanata baxmayaraq, neftin 1 bareli hazırda 60 dollara satılır.

 

Səudiyyə geosiyasəti

Eyni zamanda, Səudiyyə Ərəbistanının vəliəhd şahzadə Məhəmməd bin Salmanın iqtisadiyyatda islahata dair vədləri ölkənin getdikcə daha iddialı və gözlənilməz xarici siyasəti ilə bağlı şübhə və narahatlığa səbəb olur.

Beləliklə, Xaşuqci cinayəti ilə bağlı narahatlıq yaranır.

Mark Mobius – inkişaf etməkdə olan ölkələrdə böyük uğur qazanmış sərmayəçi hesab edir ki, gələn il “MSCI Inc”-in ölkənin səhmlərini inkişaf etmək qərarı belə, investisiyaların cəlbi üçün kifayət etməyəcək.

 

Türk siyasəti

Prezident Rəcəb Tayyib Ərdoğan yüksək faiz dərəcələrinə qarşı ritorikasından yorulmuş görünür, lakin investorlar hələ də narahatdırlar.

Məsələ burasındadır ki, mart ayında keçirilməsi planlaşdırılan bələdiyyə seçkilərinə görə ilin ikinci yarısında bəzi məhdudiyyətləri ləğv etmək üçün Mərkəzi Banka təzyiq artacaq.

Türkiyə iqtisadiyyatında artım templəri sürətlə azalır, amma inflyasiya hələ də hədəf səviyyəsindən yüksəkdir.

Hər hansı bir erkən zəifləmə xarici valyuta axınından asılı, borcla dolu iqtisadiyyatın milli valyutasını yenidən sarsıtmaqla təhdid edir.

 

Dəyişən liderlik

Stoker deyib ki, bölgədəki bəzi ölkələr, o cümlədən Səudiyyə Ərəbistanı, Küveyt və Oman liderlərin dəyişməsi ilə qarşı-qarşıya qalacaq.

Onun sözlərinə görə, bu, Yaxın Şərq üçün istisna hal olan ” daimi, proqnozlaşdırıla bilən liderlik məsələsi” deyil.

Dövlət borcunun ödənməsinə sərf olunan xərclərin gəlirlərin təxminən yarısına bərabər olduğu Livanda, siyasətçilər potensial olaraq maliyyə konsolidasiyası planlarını pozan yeni hökumətin formalaşması uğrunda mütəmadi olaraq qırğın salırlar.

 

Siyasi qeyri-sabitlik

Krustins bildirib ki, potensial olaraq, bölgədə sünni Səudiyyə Ərəbistanı və başlıca şiə dövləti olan İran arasında proksilər vasitəsilə hərbi qarşıdurma davam edəcək və gərginliyin güclənmə ehtimalı var.

Üstəlik, İsrail və İran tərəfindən dəstəklənən “Hizbullah” arasında yeni qarşıdurma yarana bilər.

İsrail və İran arasındakı gərginlik, əsasən “Hizbullah” vasitəsilə prezident Bəşər Əsədin dəstəklənməsinə görə Suriyada vüsət alır.

Londondakı “American Century Investments”-da menecer olan Abdelak Adcriu bildirib ki, Rusiyanın Yaxın Şərqdə artan iştirakı da Vaşinqtonun təsirini azaldacaq və regional siyasətə daha çox mürəkkəblik səviyyəsi əlavə edəcək.

“Trump daha çox ticarət və ABŞ mərkəzli məsələlərə baş qoşub, qlobal siyasətə az vaxt ayırır və bu da Rusiyaya daha çox imkan qazandırır”.

 

Qətərin təcridi

Stokerin sözlərinə görə, Qətərə qarşı Səudiyyə liderliyi ilə embarqonun önümüzdəki ildə də bitməcəyi ehtimalı var.

Qazla zəngin bu cırtdan dövlət 2017-ci ildə tətbiq olunan sanksiyalardan çıxış yolu taparaq öz iqtisadiyyatına vurulan zərbəni azalda bilib.

Boykota görə rəsmi Doha Türkiyə və İranın ağuşuna daha çox sığınır.

“Qətərın fond bazarının (bu il dünyanın ən yaxşı maliyyə aktyorlarından biri) əldə etdiyi gəlir uğuru 2019-cu ildə təkrarlaması çətindir, – deyə Stoker bildirib. – Qətərin iqtisadiyyatı şaxələndirə biləcək sektoru müəyyənləşdirməkdə çətinliyi var”.

 

Tərcümə: Strateq.az