Həbs edilən MTN-çilərə yeni ittiham irəli sürüldü

0
4

Həbs edilən MTN-çilərə yeni ittiham irəli sürüldü

MTN-də bandit dəstəsi yaratmaq işi üzrə saxlanılan bütün şəxslərə qarşı yeni ittiham irəli sürülüb.

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat verilib.

İnformasiyaya görə, MTN-in həbs edilən 19 yüksək rütbəli əməkdaşına qarşı bu gün Cinayət Məcəlləsinin 217 (banditizm) və 218-ci (cinayətkar dəstə təşkil etmə) maddələri ilə yeni ittiham irəli sürülüb.

Bu maddələrlə 10 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.

Saytın əvvəl də xəbər verdiyi kimi, MTN-in yüksək rütbəli əməkdaşlarından biri barədə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın dostlarından biri isə axtarışa verilib.

LEAVE A REPLY