ELDAR SABİROĞLUNUN HEKAYƏSİNƏ SƏRT CAVAB…

0
4

ELDAR SABİROĞLUNUN HEKAYƏSİNƏ SƏRT CAVAB…
alt=”ELDAR SABİROĞLUNUN HEKAYƏSİNƏ SƏRT CAVAB… ” title=”ELDAR SABİROĞLUNUN HEKAYƏSİNƏ SƏRT CAVAB… ”
“Papuqayın” harayı, yaxud gecəyarısı azan verən molla.

“Millətim” “Azinforum.az” saytına istinadən yazını təqdim edir.

“…Adamların qəlblərindəkiləri bilmək təbiəti dərk etməkdən çətindir. Təbiətin yayı, qışı, yazı və payız vaxtı, səhəri, axşamı var. İnsanın sifəti isə bilinməzdir”
Kanfutsi
[right][/right]

Sabiroğlunun alleqorik portret cizgiləri…

Öncədən Eldar Sabiroğluna qandırmaq istəyirəm ki, yağmurlu havada evinin üstündə gördüyü ala qarğadan diksinib eləməsin, çünki, o bədbəxt canlı onun öz içindən haray salıb qaçmış ruhudur! Aha, Eldarı narahat edən yəqin ki, onun niyə “papuqay” deyil, ala qarğa görməsidir. Burada nə var ki? Çox da pəjmürdə olmağa dəyməz, yəqin məxsusluğunu unutmusan: 1995-2000-ci illərdə əllə yemlənməyə öyrədilmiş danışan “papuqay” idin, indi maşallah böyüyüb dərisinə sığmayan ala qarğa olmusan. Heç darıxıb eləmə, inşallah biraz da böyüyüb yep-yekəcə boynu buxaqlı, quyruğu şələ tülkü də olacaqsan. Amma lap yəqin bil ki, heç zaman şir olmayacaqsan, o sənlik deyil. Burada bir el məsəlini sənə xatırlatmaq lap yerinə düşər: niyyətin hara, mənzilin də ora. Niyyət demişkən, daha bir müdrik fikrini riyakar zehninə köçürməyi məsləhət bildim: niyyəti ilə nəfsini qoruya bilməyənlərin, indiki halda sən “fədəkarın” ahu-zarı əslində gecəyarı azan verən mollanı xatırladır.
Bu düşüncələrimi yazıya alarkən fikirlərimin “it hürər, karvan keçər” məntiqinə çox yaxın olduğu qərarına gəlsəm də, böyük dövlət adamı, unudulmaz Heydər Əliyevin güvənli simalarına yönəli hürüşün səbəbi nədir,- sualının yaratdığı sorğuya cavab vermək qərarına gəldim. İlk gəldiyim qənaət bu oldu ki, burada nə var, babalardan, nənələrdən eşidib bildiyimizə görə qaranlıqdan göylərə boylana qalan köpəyin peşəsi kəhkəşandan üzü bəri işıq saçan ulduzlara hürməkdir. Bəlkə acdır, yox, ac deyil, geninə-boluna yemləndiyindən elə də müddət keçməyib axı. Bəlkə, bəlkə… Bu bəlkələr nəhayətdə bəlkələrin cavabını verdi, – sahibini itirmiş bu yaramaz yeni sahib harayındadır. İşin “avand” olsun. Amma unutma ki, indi daha sənin kimi hər hürəni alıb həyətə buraxmırlar. Digər tərəfdən isə sahibini qapmış quduz köpəyə kim sahib durar ki?! İndi daha zaman o zaman deyil. Sənin kimi quyruq bulayana yox, sədaqətə dəyər verilir. Sən də ki, ay Eldar Sabiroğlu, sən bu keyfiyyətini çoxdan, lap çoxdan itirmisən.
Yadasalmalar:
Görəsən, bircə dönəmlik parlament üzvü özünün də yazdığı kimi onu soyuqdan qoruya bilməyən gödəkcəsini yeni tikilidə cüt-cüt mənzillər, dəbdəbəli bağ evi, müxtəlif adlar altında qamarladığı torpaqlarla necə və hansı yollarla əvəzləyə bilmişdi?! Çox qısa müddətdə yarıtmaz, köhnə dostun Səfər Əbiyevin dayılığı ilə polkovnik rütbəsinə qədər yüksəlmiş, yaltaqlıq üzrə doktorluq dərəcəsi olan sən “zavallı” Müdafiə Nazirliyində “böyük əməyinə görə” evlə mükafatlandırılanda həyatlarını Vətən uğrunda itirmiş, hələ də kiçik mənzillərdə yaşayan layiqli zabitlərin özləri və ailələrinin çətinliklərindən utanmadınmı? Cavab çox sadədir, əlbəttə ki yox! Kor fəhmini oyada biləcək daha bir xatırlatma: sənin də minbir hiylə ilə soxula bildiyin 1995-2000-ci illərin parlament sədri olmuş əziz dostun və əqidə qardaşın Rəsul Quliyevdən and-amanla gözlərin bərəlmiş halda imtinan yadındadırmı?! Ağsaqqal deyə əlindən öpüb, yalan-doğru məlumatlar ötürdüyün, hazırda törətdiyi cinayət əməllərinə görə layiq olduğu cəzasını çəkməkdə davam edən Əli İnsanovla xısınlaşdığın necə, onudamı unutmusan?! İsgəndər Həmidov, Etibar Məmmədov, İsa Qəmbər daha kimlər, kimlərlə yaltaqcasına irişə-irişə “dostluğa” can atdığın zamanlar da yəqin ki, çirkabla dolu yaddaşında deyil. Çünki sən və sənin kimilərin xarakteri (əslində xaraktersizliyi) nəsə əldə edənə qədər xidmətdən ibarətdir. Sonrası isə sənə əhəmiyyətli deyil. Elə bu simasızlığına, dedi-qodu yaratmaq peşəkarlığına, ikiüzlü və mindilliliyinə görə də hər iki tərəfdən istifadə olunmuş kimi atıldın və həsrətində olduğun parlament qapıları üzünə bağlandı. İndi qandınmı sən kimsən?
Barmaq işarəsi ilə çağırılmağa öyrəncəli bir adama etibar etmək nə qədər dürüstdür? Odur ki, binəva Eldar, xaraktersizliyinin fərqinə varıb sussan yaxşıdır. Necə deyərlər, öl öldüyün yerdə, qal qaldığın yerdə!
Alçaq və bayağı adamlar həmişə elə zənn edirlər ki, onların qarışdırıcı əməlləri cəmiyyət tərəfindən başa düşülmür. Bu yerdə deməliyəm ki, Eldar Sabiroğlu, səni hamı yaxşı tanıyır və hər cür şəraitə uyğunlaşmağı bacaran buqələmun olduğunu da nəinki yadlar, yəqin ki, elə ətrafın da bilməmiş deyil.
Təəssüflər olsun ki, cəmiyyətimizdə hələ də sənin kimilərinə qapı açan, murdar niyyətlərini ifraz etməyə imkan yaradanlar yox deyildir. Zehni və düşüncələri yalnız şərə-böhtana köklənmiş Eldara yazığım gəldiyindən ona bildirmək istəyirəm ki, hiyləgərliklə əlaqələr yaratdığın hər kəsə də bircə dönəmlik lazım olacaqsan, sonrakı yerin əvvəldə göstərdiyim natəmizlik olacaq. Odur ki, “peşəni” dəyişsən yaxşıdır.

Uşaqlığın son gecəsi, Eldarın şeytan papışı

Əvvəla onu deyim ki, aylarla, bəlkə də daha çox müddət üzərində əqidədaşlarınla birgə işlədiyin otuzuncu illərin üzədurmasına bənzər danos mahiyyətli məzmunsuz cızmaqaranda sanballı görünsün deyə filosofların müqəddəs fikirlərindən bədniyyətliklə istifadəyə nahaq yol vermisən. Gərək idi ki, heç olmazsa iblisanə “təfəkkürünün” zay məhsuluna o aqilləri calamayaydın. Doğrudan da sənin kimi nadürüst adam ömrü boyu öz bədbəxtliyindən şikayət edə-edə şeytana papış toxumaq arzusundan yan keçə bilmir. Belə getsə sənin bu “müdrikliyin” Sokratın dediyi kimi sənə yalnız xor oxumasında iştirakına kömək edəcək, başqa heçnəyə. Böyük Sokratdan bir nümunəni də sənə xatırlatmaq istədim: ona deyirlər ki, bir nəfər sənin barəndə pis danışırdı. O isə cavabında deyir ki, çünki ona yaxşı danışmağı öyrətməyiblər. Antisfen isə deyirdi ki, quzğunlara yem olmaq yaltaqlara qulaq asmaqdan yaxşıdır. Çünki birincilər ölünü didib yeyirlər, ikincilər isə dirini. Nə qədər təhlükəli bir yırtıcı olduğunu anladınmı?! Elə bilirəm ki, həyatın məqsədinin yalan və iftiralardan uzaq iddiasızlıq olduğunu anlaya bilsəydin üfürdüyün üfunətin ölkə və cəmiyyət üçün nə qədər zərərli olduğunu qanardın. Qanacağına şübhə etdiyimdən qanmağın üçün daha bir əxlaqi dəyəri söyləməyi bu məqamda məqbul saydım: bir aqili bərbəzəkli evinə dəvət edən nadanın özü haqqında uydurub danışdığı sırtıq nağıldan heyrətlənən nurani ev sahibinin üzünə tüpürməli olur. Bundan hiddətlənən nadan, – sən nə edirsən deyə soruşanda, aqil söyləyir ki, evin o qədər bahalı döşənib ki, tüpürmək üçün üzündən münasib yer tapa bilmədim. Bu dəfə də anlayacağına inanmadığımdan nəsihət edirəm: Sabiroğlu, üzünü tüpürcəyə alışdırma, öyrəncəli olarsan!

Gündəmdə qalmaq üçün mübadilə – Eldarın deputat olmaq yanğısı

Ayağıma yer eləyim, gör sənə nə edəcəm əxlaqsızlığını illərlə içində cücərdib bəsləyən şər bilicisi olan sənin seçki öncəsi gündəmə gəlmək ehtirasın tanıyanlar üçün elə də təəcüblü olmadı. Ölkə rəhbərinə sadiqlik pərdəsi altında gizlənməklə, Prezident komandasının ən sarsılmaz üzvlərinə iftira yaxmaq və bilərəkdən komanda daxilində şübhə toxumu cücərtmək istəyin aydınca görünür. 2000-ci il seçkilərində Oqtay Əsədova qarşı aparmağa cəhd etdiyin yaramazlıqlar, Prezident Administrasiyasının o zamankı şöbə müdiri Yusif Hümbətova atdığın çamur, törətdiyin eybəcər tamaşa ssenarilərin tarixi elə də uzaq olmadığından xatırlatmalarım yəqin ki, yadındadır. Necə də unudasan, köməyə çağırdığın qohumların belə sənin həyasız oyunlarından utanıb çəkinəndə onlara da qorxaq damğası vururdun. Elə bu xüsusiyyətinə görə də bu gün yalnız qalmısan. Düşünürəm ki, sən və sənin kimi əməl sahibləri dövlət, eləcə də cəmiyyət qarşısında məsuliyyət hissinin nə olduğunu unutmuş xəstə təfəkkürlü əbləhlər etdiklərinin cəzasını nə vaxtsa mütləq alacaqlar. Ona da əminəm ki, yaltaqlıqla yaşadığın qaranlıq ömrün elə o zülmətdə də itib-batacaqdır. Bununla da mövcudluğunla yoxluğun arasındakı fərq aradan götürüləcəkdir.
Necə deyərlər, ayıbına kor olmağın məqamıdır, yetiş məqamına.
Vəssəlam!
P.S. Mübarək üzlü Peyğəmbərimiz Məhəmməd buyururdu ki, insanlarda dörd xasiyyətin olması bədbəxtlikdir: kinli və qəzəbli olmaq, rəhimsizlik, böyük arzu həvəsi və dünyada qalmaq istəyi.
P.P.S. İnanıram ki, cəmiyyətin tanınmış fikir adamları bu barədə öz sözlərini deyəcək, Eldar Sabiroğlu kimilərin hərəkətlərinə münasibət bildirməklə əməllərinə qiymət verəcəklər.

Rəşid Hüseynov

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

LEAVE A REPLY