İŞİD terror təşkilatı Mərkəzi Asiyada Əfqanıstanı özünün terror əməllərinin platsdarmına çevirmək istəyir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib:“İŞİD terror dəstələrinin xarici sponsorların dəstəyi olmadan Mərkəzi Asiyaya ekspansiyası başlayıb. Onlar Əfqanıstanın timsalında bizim də daxil olduğumuz geniş regionda platsdarm yaratmaq istəyirlər”, – deyə nazir Moskvada Əfqanıstanla bağlı keçirilən açıq iclasda bildirib.
Əlavə edib ki, Rusiya bu planların qarşısını almaqda əfqanlara kömək etməyə hazırdır.