Hesablama Palatası gələn ilin büdcə layihəsinə mənfi rəy verdi –Risklər nəzərə alınmayıb, borcların ödənilməsi qaydası doğru deyil…

0
7
Azərbaycanın Hesablama Palatası 2019-cu ilin dövlət büdcəsi layihəsini təhlil edəndən sonra belə qərara gəlib ki, müəlliflər riskləri nəzərə almayıb.

Hesablama Palatasının qərarında deyilir ki, dövlət büdcəsinin parametrlərini proqnozlaşdırarkən bir ssenari nəzərdə tutulub və bu, büdcə risklərinin qiymətləndirilməsini çətinləşdirir.

“ABŞ valyutasının məzənnəsi yalnız 1.7000 manat səviyyəsində göstərilib. 0,80 manat və ya 2,0 manat olan məzənnə ilə müxtəlif ssenari büdcənin gəlirlər hissəsində mümkün dəyişikliklərin proqnozlaşdırılmasına və dövlət borcu ilə bağlı öhdəliklərin maliyyələşdirilməsi zamanı yaranacaq fərqləri görmək imkanı verərdi”.

Hesablama Palatası başqa bir nümunə kimi neftin qiymətini göstərib. Dövlət büdcəsi layihəsində neftin barrelinin qiyməti 60 dollar səviyyəsində müəyyənləşdirilir. Palatada hesab edirlər ki, digər ssenarilər də göstərilməli idi: nikbin ssenari – 100 dollar və bədbin ssenari – 40 dollar.

“Bu halda dövlət büdcəsinin gəlirlərini proqnozlaşdırarkən büdcə risklərini ətraflı təhlil etmək olardı”.

Hesablama Palatası dövlət zəmanətli borc öhdəlikləri ilə bağlı dövlət büdcəsinin fiskal yükü barədə də qeyd edib.

Dövlət zəmanəti ilə götürülən borc öhdəliklərinin bir hissəsi icra orqanları tərəfindən ödənilməlidir. Belə borcların maliyyələşdirilməsini Təminat Fondu vasitəsilə həyata keçirmək lazım idi. Dövlət borclarının yalnız dövlət büdcəsi hesabına maliyyələşdirilməsi onun üçün ağır fiskal yükə çevrilə bilər, sənəddə deyilir”.

(Amerikanın səsi)