Milli Məclis hansı hallarda buraxılacaq?

0
4

Milli Məclisin buraxılması ilə bağlı parlamentin Daxili Nizamnaməsinə dəyişiklik təklif olunur.

Modern.az xəbər verir ki, daxili Nizamnaməyə yeni 23-2 maddəsi (Milli Məclisin buraxılması) əlavə olunur. Yeni maddəyə görə, Milli Məclisin aşağıdakı hallarda buraxıla bilər:
Azərbaycan Konstitusiyasının 98-ci maddəsinin I hissəsinə uyğun olaraq, Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 26-cı maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyasının 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddədə göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə ölkə Prezidenti Milli Məclisi buraxır.
Daxili Nizamnaməyə dəyişikliklər I oxunuşda qəbul edilib.