Sahil Babayev şəhid ailələrinə veriləcək ödənişlərdən danışdı:”Ödənişlər hissə-hissə olacaq”

0
5
“Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) şəhid ailələrinin vərəsələri ilə bağlı sənədlər gəlir”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, sözügedən sənədlər araşdırılır və təsdiqlənir:“Bundan sonra, ödənişlərin olunmasına başlanılacaq. Ödənişlər hissə-hissə olacaq. Birdəfəlik müavinətləri nazirlik birbaşa həmin şəxslərin hesabına köçürəcək. Bu prosesdə vətəndaşla birbaşa təmas olmayacaq”.
Trend