Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin payız sessiyasının ilk plenar iclasında səsləndirib. Onun sözlərinə görə, işğal altındakı yaşayış məntəqələrində ermənilər, erməni diasporası məktəblər tikir, yollar çəkir, həmin ərazilərdə məskunlaşdırma aparırlar. Odur ki, oradakı rejimin hüquqi stausu ilə bağlı müvafiq qanun qəbul olunmalıdır.
“Bundan sonra da həmin o şirkətlər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməlidir”. Deputat daha sonra Qarabağ münaqişəsi ilə bağlı son duruma toxunub: “Hamımız bilirik ki, bizim torpaqlarımızın işğal altında qalmasının səbəbkarı bizim düşmən elan etdiyimiz Ermənistan deyil. Ermənistan olsaydı biz bu problemi çoxdan həll etmiş olardıq. Qarabağ məsələsində siyasi məqsədlər üçün istifadəyə cəhd edən bəzi insanlar zaman-zaman bununla bağlı manipulyasiya etmək istəyirlər ki, niyə biz Ermənistanın öhdəsindən gələ bilmirik? Axı söhbət ondan gedir ki, bu işğalın arxasında Rusiya dayanıb və mən hər zaman söyləmişəm ki danışıqlar Rusiya ilə aparılmalıdır. Biz onu da düşünməliyik. Həmin adamlar da insanlarda xüsusi olaraq əlavə əsəb gərginliyi yaratmaq əvəzinə bu barədə düşünməlidirlər. Biz nə qədər hərbi potensialımızı artırsaq da, əgər Rusiya Ermənistana dəstək verəcəksə bizim o torpaqları hərb yolu ilə azad etmək imkanlarımız ciddi şəkildə şübhə altında olacaq. Ola bilər ki, bizim yeni ərazilərimiz də bu cütlük tərəfindən işğal olunsun. Ona görə də, daha təmkinli siyasət yürütmək lazımdır. Mən də o fikirdəyəm ki, parlamentdə də müzakirələr aparılmalıdır, Dağlıq Qarabağ məsələsi ilə bağlı müvafiq komitə yaradılmalıdır. Hökumət Rusiya ilə aparılan danışıqlarla bağlı parlamentə də məlumat verməlidir”.
Millət vəkili əlavə etdi ki, payız sessiyasınını gündəliyinə ciddi qanun layihələri daxil edilib: “İkinci söyləmək istədiyim məsələ ümumtəhsil haqqında qanun layihəsi ilkı bağlıdır. Bu yaxınlarda bizim hörmətli təhsil naziri Azərbaycanda rus dilinin öyrənilməsi ilə bağlı xüsusi əmr imzaladı. Azərbaycanda kifayət qədər rusdilli məktəblər var. Rusiyada 2 milyon azərbaycanlı yaşayır. Azərbaycanın kənd təsərrüfatı məhsulları əsasən Rusiyaya ixrac olunur. Yəni Rusiya böyük ölkədir və bizim qonşumuzdur. Bu dilin öyrənilməsinin qətiyyən əleyhinə deyiləm. Əslində hesab edirəm ki, nə qədər şox insan rus dilində danışa bilsə, bu bir o qədər faydalıdır. Mən vaxtilə sovet ordusundə hərbi xidmətdə olarkən görürdüm ki, ermənilər və gürcülərin əksəriyyəti rus dilində danışırlar. Amma azərbaycanlılara gəldikdə, yalnız Bakı şəhərindən olanların müyyən hissəsi, bir də Gəncə və Sumqayıtdan müəyyən sayda insanlar rus dilində danışa bilirdilər. Amma hazırda Azərbaycanda elm adamlarının çoxu, beynəlxalq dil olan ingilis dilini bilmir. Hətta diplomatlarımızın içərisində ingilis dilini bilməyənlər var. İqtidarlı-müxalifətli siyasətçilərin çoxu ingilis dilində akademik səviyyədə danışa bilmir. Amma hesab edirik ki, ermənilərlə gürcülər bu dili daha yaxşı mənimsəyirlər. Mən hesab edirəm ki, Azərbaycanda beynəlxalq dil olan ingilis dilinin mənimsənilməsi ilə bağlı xüsusi dövlət proqramı qəbul edilməlidir və təhsil nazirinin növbəti əmri bu barədə olmalıdır. Bizim ingilis dilinə çox böyük ehtiyacımız var. Yenə də deyirəm sovet dövründə rus dilini öyrənməliydik, onda da yaxşı öyrənmədik. Allah rəhmət eləsin, mərhum prezident Heydər Əliyev yaxşı ki azərbaycanlıları Rusiyanın müxtəlif universitetlərində təhsil almağa göndərirdi…”.
Millət vəkili həmçinin “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi ilə bağlı da fikirlərini bölüşüb: “Mən bu memorandumla tanış oldum, alqışlayıram və dəstkləyirəm. Hər zaman biz söyləmişik ki, Türkiyə ilə xüsusilə müdafiə sənayesində əməkdaşlıq genişləndirilməldiir. Sentyabrın 15-də bilirsiz ki, Bakının işğaldan azad olunması ilıə bağlı möhtəşəm bir parad keçirildi. Bu burada rusiyayönümlü siyasətçiləri xeyli qıcıqlandırmışdı, o cümlədən əminəm ki Araz Əlizadəni. Araz Əlizadəni qıcıqlandıran mənim çıxışımdakı məsələ Oqtay müəllim, o məsələ deyil ki, biz Rusiya Ermənistan ittifaqına qalib gələ bilmərik. Onu qıcıqlandıran odur ki, mən söylədim ki, bu konfliktin arxasında Rusiya dayanır. Onun Mütəllibovla əlaqəsi, vaxtilə 90-cı illərə parlamentdə etdiyi çıxışı, Mütəllibovun Moskvada sığınacaq tapması… Biz bunun hamısını bilirik. İndi bu cür çıxışlar keçmişini Araz Əlizadəyə unutdura bilməz. Onun kimliyi Azərbaycanda hər kəsə bəllidir. Hamı bilir ki, o hara, hansı qüvvələrə bağlıdır. Ona görə də mən, əməkdaşlıq sazişini çox yüksək qiymələndirirəm və hesab edirəm ki, Türkyə ilə hərbi əməkdaşlıq daha da genişləndirlməlidir və buna da səs verəcəyəm”.