Türkiyə Suriyaya əlavə qoşun yeridir:”İdlib terroçulardan təmizlənəcək”

0
5

Türkiyə regionda hərbsizləşdirilmiş zona yaratmaqla bağlı Rusiya ilə bağlanmış sazişə əsasən, Suriyanın İdlib vilayətinə əlavə hərbi kontingent göndərməyi planlaşdırır.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Terror qruplaşmaları oradan gedəcək, ağır silahlar çıxarılacaq, dinc əhali və az sayda yüngül silahla mülayim müxalifət qalacaq. Türkiyə və Rusiya bu prosesə birgə nəzarət edəcək. İdlibə əlavə qüvvələr yerləşdirməliyik. Bununla da region terroçulardan təmizlənəcək”, – M.Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Rusiya Suriya hökumət ordusunun İdlibdə əməliyyata başlamayacağı ilə bağlı öhdəlik götürüb/Report.