Vergilər Nazirliyinin açıqlaması-Mühasib vəzifəsi tarixin yaddaşına qovuşur?

0
8
 Vergi hesabatlığı ilə bağlı ciddi dəyişiklik gözlənilir.

Bu barədə Vergilər Nazirliyinin Rəqəmsal vergi inzibatçılığı departamentinin İnformasiya təhlükəsizliyi şöbəsinin rəhbəri Aqşin Məcidov bildirib.

Onun sözlərinə görə tətbiq ediləcək yeniliklərdən biri də bəyannamələrin hazırlanması ilə bağlıdır: “Hazırda vergi bəyannamələri vergi ödəyiciləri tərəfindən tərtib olunur və nazirliyə təqdim edilir. Lakin bəyannamələrin tərtibatı zamanı informasiya texnologiyları sahəsində az təcrübəsi olan vergi ödəyiciləri müəyyən çətinliklərlə üzləşirlər. Həmçinin, vergi bəyannamələrin hesabat dövrünün sonlarında təqdim edilməsi zamanı bəzən sistemdə yüklülük yarana bilir. Bütün bunları aradan qaldırılması üçün Vergilər Nazirliyi əlaqəli dövlət qurumları arasında elektron inteqrasiya sistemini təkmilləşdirməklə vergi bəyannamələrinin ödəyicilərin əməliyyatları əsasında vergi orqanları tərəfindən ilkin versiyasının hazırlanaraq təsdiq üçün vergi ödəyicisinə göndərilməsi üzərində iş aparır.”

Açıqlamadan göründüyü kimi, artıq müəyyən dövrdən sonra mühasiblər yox, vergi orqanlarının tətbiq etdiyi proqram tərəfindən avtomatik vergi hesabatlarını hazırlanaraq vergi orqanlarına təqdim ediləcək. Bu addım nəticəsində mühasiblərin işi asanlaşsa da, onların əməyinə bir o qədər də ehtiyac olmayacaq. Vergi orqanları üçün məlumatların daxil edilməsi adı əməliyyatçılar tərəfindən aparıla biləcək.  (mks.az)