Dəmirtaş “PKK təbliğatçısı” elan edildi və həbs olundu

0
6

Türkiyədə Xalqların Demokrat Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş və HDP Ankara millət vəkili Sirri Sürəyya Öndər azadlıqdan məhrum edilib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün 26-cı İstanbul Cəza Məhkəməsi “Terror təşkilatı təbliğatı aparmaq” ittihamı ilə Səlahəddin Dəmirtaşa 4 il 8 ay, Sirri Sürəyya Öndərə isə 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası verib.

HDP-li bəzi millət vəkillərinin də qatıldığı məhkəmə prosesində Dəmirtaş və vəkillərinin etirazları məhkəmə tərəfindən rədd edilib.

Dəmirtaş məhkəmə prosesi zamanı qeyd edib ki, tələbləri mühakimə prosesinin əvvəlindən rədd edilib: “Bu tələblərimiz qəbul edilsəydi, qərar çoxdan verilmişdi. Adil mühakimə tələb edirik. Biz müdafiədən qaçmırıq. Türkiyə Cümhuriyyətinin tanınmış, ən aktiv siyasətçilərindənəm. İki dəfə prezidentliyə namizəd oldum. Mən harada nə danışmışamsa, nöqtəsinə qədər arxasındayam. Mən özümü hər zaman müdafiə etməyə hazıram”.