2003-2017-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən dövlət büdcəsinə ümumilikdə 77,6 milyard manat vəsait transfert edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2017-ci il üzrə fəaliyyəti haqqında hesabatı, maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatında deyilir.
Qeyd edək ki, cari ilin birinci yarısında isə Neft Fondu tərəfindən 4 milyard 608 milyon manat vəsait dövlət büdcəsinə transfert olunub.