- Elm adamları xərçəng xəstəliyinin müalicəsi mövzusunda ümidverici bir kəşfə imza atıblar.
Belə ki, bəzi bitkilərdəki bir maddənin bağırsaq xərçənginə qalib gəldiyi müəyyən edilib.
Alimlərin apardığı araşdırmalar zamanı məlum olub ki, gül kələmi, ağ kələm və brokkoli xərçəngə təsir edir.
Professor Konq məsələ ilə bağlı deyib: “Tədqiqatlar sübut etdi ki, qidalanma ilə xərçəngdən qorunma arasında əlaqə var. Yediyimiz bəzi qidaların içində xərçəngin yaranmasının qarşısını alan maddələr var. Bunlardan birincisi isə gül kələmidir.
Məlum olub ki, gül kələminin tərkibində olan maddə xərçəngə qarşı mübarizə aparır. Bu maddə eyni zamanda kələmin və brokkolinin də tərkibində var.
Kələm bundan başqa orqanizmi vacib vitamin və minerallarla təmin edir. Kalsium, maqnezium, C və K vitaminləri, beta-karotin və lutein var.
Bir kasa bişmiş kələmin tərkibində 4 qram lif var. Bir kasa çiy kələmin tərkibində isə 2 qram lif var. Bu liflər bağırsaqların normal işləməsi və bağırsaqların xərçəngdən qorunması üçün olduqca vacibdir.
İngiltərədə aparılan tədqiqatlar kələm qrupuna daxil tərəvəzlərin tərkibində indol-3 karbinol adlı maddə olduğunu və bu maddənin xərçəng hüceyrələrini öldürməyə kömək etdiyini üzə çıxarıb. Xüsusən də kimyəvi terapiya müalicəsi alan xəstələrə məsləhət görülür.
Bir neçə il aparılan tədqiqat sübut edib ki, indol maddəsi metabolizmaya müsbət təsir edir və xərçəng riskini azaldır.
Kələmin tərkibində olan digər fito kimyəvi maddələr orqanizmdə xərçəngə qarşı mübarizə aparan maddələrin istehsalını artırır. Bu maddələr də prostat xərçənginə qarşı mübarizə aparan maddələrdir. Stenford universitetinin tədqiqat nəticələrinə əsasən, kələmin tərkibində olan sulforofan maddəsi bu maddələri aktiv şəkildə dəstəkləyir.
Kələmin tərkibində xərçəngə qarşı mübarizə aparan başqa bir maddə qrupu isə qlükosionatlardır.
Kələm bundan başqa qan azlığı olan insanlara, astma problemi olan insanlara faydalıdır. Öskürəyi azaldır, bəlğəmi parçalayır, qəbizlik problemini həll edir.