“Rusiya dollardan imtina edəcək” –Maliyyə naziri yuan və avrodan istifadə edəcəklərini açıqladı

0
6
“ABŞ aktivlərinə sərmayələrimizi əhəmiyyətli dərəcədə azaltdıq və azaltmaqda davam edəcəyik. Dollar yerinə də daha çox avro və Çin yuanından istifadə edəcəyik”.

Bu sözləri Rusiyanın maliyyə naziri Antuan Sliuanov deyib: “ABŞ dolları beynəlxalq ticarətdə təhlükəli vasitə olmağa başlayıb. Yanacaq ticarətində də milli valyutaya keçməyi dəyərləndiririk. ABŞ-ın sanksiyaları amerikalılara geri qayıdacaq”.

Xatırladaq ki, bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin, Rusiya, İran, Ukraynayla ticarəti milli valyuta ilə aparmağı planlaşdırdıqlarını demişdi.