Qərb Türkiyəni “çörəklə” vuracaq

0
23
Xəbər verdiyimiz kimi, Türkiyədə lirə dollar qarşısında kəskin dəyər itirib. Bununla yanaşı, Türkiyədə çörəyin qiymətində də baş verən qiymət artımı ümumi vəziyyəti bir qədər də gərginləşdirib.

Türkiyəli ekspertlər bunu Qərbin Türkiyəyə qarşı yeni oyunu adlanıdır. Qeyd olunur ki, Türkiyəyə qarşı iqtisadi təzyiqlər mövcud hakimiyyəti nüfuzdan salmağa hesablanıb.

Baxmayaraq ki, ötən gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan iqtisadi çətinliklərin qısa zaman sonra aradan qalxacağını, bunun üçün lazımi addımların atıldığını deyib. Ancaq hazırda lirənin ucuzlaşması ilə yanaşı ərzaq məhsullarının bahalaşması prosesi davam edir.

Ekspertlər hesab edir ki, mövcud durum davam edərsə, bu Türkiyə iqtisadiyyatı üçün ciddi təhlükəyə çevrilə bilər.

Qeyd edək ki, hazırda 1 dollar – 4.8624 lirə civarındadır. Çörək isə orta hesabla 0.25 lirə bahalaşıb.