Bu gün səhər saatlarında Bakı şəhərinin Suraxanı rayonunda dəhşətli intihar hadisəsi baş verib. Strateq.az xəbər verir ki, Yeni Günəşli qəsəbəsində yaşayan 17 yaşlı Şəbnəm Rzayeva özünü binanın 9-cu mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.