İyulun 25-dən hava şəraiti dəyişəcək –Kəskin istilər gözlənilir

0
5
“İyul ayının 24-ü gündüzdən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində yağmursuz keçəcəyi gözlənilir”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, sabah əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsa da, iyul ayının 25-i gecə saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Bakıda növbəti iki gün ərzində müşahidə olunacaq hava şəraitinə gəlincə direktor bildirib ki, iyul ayının 24-25-də paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: “İyul ayının 24-də arabir güclənən şimal-şərq küləyi ayın 25-də mülayim cənub şərq küləyi ilə əvəz olunacaq”.

G.Məmmədova qeyd edib ki, havanın temperaturu iyul ayının 25-də bugünlərlə müqayisədə tədricən yüksələcək.