Azərbaycanda nə qədər işsiz var? – RƏSMİ

0
5
2018-ci il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 mln. 108,9 min nəfər olub, onlardan 4 mln. 856,5 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, cari il iyunun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 mln. 545,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 886,8 min nəfər, qeyri-dövlət sektorunda isə 658,6 min nəfər təşkil edib.

İqtisadiyyatın neft sektorunda 33,6 min nəfər, qeyri-neft sektorunda isə 1511,8 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,3 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7 faizi tikintidə, 6,8 faizi emal sənayesində, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,2 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 21,5 faizi təhsil, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi istirahət, əyləncə və incəsənət, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

2018-ci il iyul ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,6 min nəfər olub, onların 36,9 faizini qadınlar təşkil edib. İşsizlik müavinətinin və işsizlikdən sığorta ödənişinin orta məbləği 287,2 manat olub.