Baltik ölkələri sovet işğalına görə Moskvadan təzminat tələb edir

0
4

Baltik ölkələri sovet işğalına görə Moskvadan təzminat tələb edir

Strateq.az bildirir ki, bununla bağlı Litva, Latviya və Estoniya ədliyyə nazirləri memorandum imzalayıb. Məlumatı Estoniya XİN-nin mətbuat xidmətinin rəhbəri Urmas Reynsal yayıb.

Sənəddə qeyd olunur ki, Baltik respublikaları Rusiyanı SSRİ-nin hüquqi varisi kimi sovet işğalına görə cavabdeh sayırlar.

Memorandumu imzalayanlar sovet işğalı zamanı vurulmuş ziyanın qiymətləndirilməsi, Rusiya qarşısında qaldırılan tələbələrin hüquqi bazası üçün metodikanın işlənməsi barədə razılığa gəliblər.

Baltik ölkələrinin ədliyyə nazirləri həmçinin SSRİ işğalından əzab çəkmiş şəxslərin kollektiv iddialarının qaldırılması üçün imkanları araşdıracaq.

LEAVE A REPLY