Türkiyədə pedofillər barəsində ölüm hökmünün, eləcə də axtalanmanın tətbiq olunması məsələsi gündəmə gəlib.
Trend-in məlumatına görə, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və mətbuat katibi Mahir Ünal deyib.
O bəyan edib ki, Türkiyədə uşaqların müdafiəsi yüksək səviyyədə təşkil olunacaq.
Qeyd edək ki, ötən gün baş nazirin müavini Bəkir Bozdağ axtalanmanın tətbiq oluna biləcəyini bildirmişdi.