Rza İbadov prezidentə təşəkkür etdi: – “Yaxın günlərdə Bakıya dönəcəyəm”

0
4

Rza İbadov prezidentə təşəkkür etdi: – “Yaxın günlərdə Bakıya dönəcəyəm”

“Mənim üzərimdən axtarış qərarının götürülməsinə görə, cənab prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Həmçinin bu işdə köməyi keçmiş hər kəsə təşəkkür edirəm”.

Bu sözləri strateq.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, hazırda Londonda yaşayan Rza İbadov bildirib.
R. İbadov bəyan edib ki, bu illər ərzində Azərbaycandan kənarda yaşasa da həmişə dövlət başçısına sadiq olub. “ Mən son 10 ildə xarici ölkədə yaşasam da həmişə prezident İlham Əliyevə sadiq olmuşam. Son 25 il ərzində içində olduğum siyasi proseslərdə həmişə bu xətti yürütmüşəm”,- deyə R. İbadov vurğulayıb.
Keçmiş deputat Azərbaycana dönməyə hazırlaşır. Onun sözlərinə görə, yaxın müddət ərzində vətənə qayıdacaq. “ 1-2 həftəyə Bakıya qayıdacağam”,-deyə R.İbadov vurğulayıb.
Qeyd edək ki, sabiq deputat barəsində olan axtarış işinə Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli qərarı ilə xitam verilib
Sabiq deputat Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinirdi. Rza İbadov 1966-cı ildə Naxçıvanda anadan olub. O, 1991-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü olub, eyni zamanda Gənclər və idman komissiyasının sədri işləyib.
1995-2000-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr Komissiyasının sədri olub.
O, Londonda yerləşən ABŞ-ın Huron Universitetində beynəlxalq münasibətlər üzrə magistr, sonra Fransa Beynəlxalq Münasibətlər institutunun nəzdində fəaliyyət göstərən Strateji və Diplomatik Tədqiqatlar Mərkəzində beynəlxalq münasibətlər üzrə doktorluq dərəcələri alıb.

LEAVE A REPLY