Yuxusuz qalmağın 9 ÖLÜMCÜL FƏSADI

0
6

Gencaile.az sizi yuxusuzluğun zərərləri ilə tanış edir.

Yaddaşa və beyinə təsir edir

Gecə kifayət qədər yatmadıqda ertəsi gün konsentrasiya, fokuslanma, problem həll etmə qabiliyyətinin aşağı düşməsi və diqqət əskikliyi yaşaya bilərsiniz. Yaxşı bir yuxu zehni sağlamlıq, düşünmə və öyrənmə həvəsində əhəmiyyətli rol oynayır.

Ürəyiniz zərər görür

Bədəniniz yuxusuz qaldıqda yaşınız, çəkiniz, vərdişləriniz nə olursa-olsun, ürək və damar xəstəlikləri riski artır. Yuxu qan damarlarınızı və ürəyinizi yaxşılaşdırır, yenilənmədə həyati rol oynayır. Ürək sağlamlığınızı qorumaq üçün hər gecə ən az 6 saat yatıb dincəlməyiniz vacibdir.

İmmun sisteminiz zəifləyir

Yuxu əsnasında immun sisteminiz sizi infeksiyadan qoruyan zülallar ifraz edir. İmmunitet zəiflədikdə bədəniniz hər cür virus və bakteriyaya qarşı müdafiəsiz hala gəlir. Kifayət qədər yatmayan insanlar xüsusilə qrip və soyuqdəyməyə daha çox tutulur.

Depressiyaya səbəb olur

Depressiya xəstələri arasında yuxusuzluq ən böyük göstəricilərdən biridir. Əgər yuxu probleminiz varsa, təcili həkimə müraciət edin. Çünki yuxusuzluq depressiya yarada bilər.

Çəki artırır

Bədəniniz ehtiyacı olduğundan daha az yatdıqda və dincəldikdə grel hormonu istehsalı artır. Bu hormon aclıq hissi yaradır. Əgər iştahanıza nəzarət edə bilməsəniz, bu, piylənmə ilə nəticələnə bilər.

Şəkər xəstəliyi riskini artırır

6 saat, ya da daha az, 9 saat, ya da daha çox yatmaq şəkərli diabetin riskini artırır.

Dəriniz zərər görür

Bir gecə belə, pis yatmaq gözlərinizdə şişkinlik yaradır, gözlərin altında tünd halqalar meydana gətirir və üzünüz solğun görünür. Yuxusuz keçən gecələr nəticəsində dərinin gördüyü zərər isə qat-qat artır. Qeyri-kafi yuxu dərinizin elastikliyinə birbaşa təsir edir, qırışlara və xətlərə səbəb olur.

Erkən ölümlərlə nəticələnir

Yuxu insanlar üçün nəfəs almaq qədər lazımlıdır. Qeyri-kafi yuxu 700-dən çox genetik dəyişikliyə səbəb olur və bu dəyişikliklər sağlamlığınıza ciddi ölçülərdə təsir edir. Bu da erkən ölümlərə dəvətnamə yollayır.

Cinsi impulsları öldürür

Yuxusuzluq problemi yaşayan insanlarda seksə olan maraq azalır. Kifayət qədər yatmamaq həm qadınların, həm kişilərin enerji səviyyəsinə birbaşa təsir edir, hətta gərginliyi artırır. Daha çox yuxu problemi olan kişilərdə testesteron səviyyəsi aşağı düşür.