Çox yatmağın ən böyük təhlükəsi açıqlandı

0
4
Young sleeping woman and alarm clock in bedroom at home .

Oxu.Az xəbər verir ki, bununla bağlı araşdırmanın nəticələri “BMC Public Health” jurnalında dərc olunub.

Seul universitetinin mütəxəsisləri 2004-2013-cü illər ərzində hər iki cinsdən olan 40-69 yaşlarında 133 mindən çox insanın səhhəti ilə bağlı aparılmış qeydləri yenidən təhlil edib. Təhlil olunan materiallarda iştirakçıların keçirdiyi xəstəliklər, həyat tərzi, pəhrizi, gördüyü fiziki işin həcmi və digər faktorlar nəzərə alınıb.

Qadınların 24,5, kişilərin isə 29 faizində hipertoniya şəklində özünü büruzə verən metabolik sindrom (yüksək triqleserid və şəkər miqdarı, aşağı faydalı xolesterin miqdarı)  aşkarlanıb.

Alimlər qeyd edir ki, metabolik sindromdan ən çox əziyyət çəkən iştirakçılar günə altı saatdan az və on saatdan çox yatanlar olub.

Maraqlıdır ki, araşdırmanın nəticəsində görə, həddindən az yatmaq daha çox kişilərin, həddindən çox yatmaq isə daha çox qadınların orqanizminə ciddi ziyan vurub.