Bakının içməli suyuna tullantı suları axıdılıb? – AÇIQLAMA

0
4

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində tullantı sularının kanala axıdılmasının içməli suya aidiyyəti yoxdur.

Bunu oxu.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

ASC rəsmisi qeyd edib ki, tullantı sularının axıdıldığı kanal Ceyranbatan Su Anbarını qidalandırmır:

“Əhalinin içməli suyuna heç bir aidiyyəti olmadığı üçün su çirklənmir”.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev isə bildirib ki, məsələ ilə bağlı araşdırma aparacaq:

“Ərazidə yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən problemin həll edilməsi üçün araşdırma aparılacaq”.

Qeyd edək ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində tullantı sularının kanala axıdılması ilə məsələsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yerində araşdırılıb.

Faktlarla bağlı heyvandarlıq təsərrüfatlarının sahibləri Yaşar Səfərov, Dilqəm Vəliyev, Famil Rüstəmov, Mahir Səfərov, Etibar Səmədov, Firdovsi Səfərov və ASC-nin cavabdeh şəxsi Atəş Əmiraslanov barəsində protokol tərtib olunub və qanun pozucuları ümumilikdə 6950 manat məbləğində cərimə edilib.