Branislav Molinovskinin Mədəniyyət Nəzəriyyəsi

0
4

Azərbaycan türkcəsinə çevirən: Zamin Qafarsoy

Branislav Molinovskinin Mədəniyyət Nəzəriyyəsi

III hissə

6-cı Mədəni Araşdırma Tənqidləri

Sosial Antropologiya sahəsində aparmış olduğu dərin araşdırmalar ilə tanınan Malinovski, Sosial Antropologiya sahəsinin əsas daşlarını yerlərinə qoymuş bir insan kimi, mədəniyyət araşdırmalarında görmüş olduğu çatışmazlıq və yanlışlıqları da tənqid etmişdir.
Sosial Antropologiyanın ilk dövrləri, tədqiqatda bəzi səthi düşünmə önə çıxdığı dövrlər kimi qəbul edilə bilər. İlk dəfə uzun müddətli olaraq sahə araşdırması aparan insan kimi Malinovski səthi yanaşmaları tənqid etmişdir. Məsələn, ibtidai cəmiyyətlərdə hekayələri qeyd edən tədqiqatçıların bunları mətnlə məhdud gördüklərini vurğulayır.
“Halbuki ibtidailərin hər bir hekayəsinin funksional, mədəni və praqmatik yəni, mətndə olduğu qədər hekayənin danışılmasında, cisimləşdirilməsində və kontekstual kontekstində də özünü göstərir. Bir hekayəni qeyd etmək onun həyatda ortaya çıxdığı bulanıq, mürəkkəb formasını izləməkdən ya da içində ortaya çıxdığı digər sosial və mədəni həqiqətləri görərək onun funksiyasını araşdırmaqdan daha asandır. Bu qədər çox mətnə malik olub bu qədər az şey bilməyimizin səbəbi budur”.
Ona görə, bunun əvəzinə antropoloq,
“ərazidəki eyvanda, ya da əkinçinin bunqalovunda həmişə olduğu kimi oturacağında oturub əlində qələmi və not dəftəri bəzən də bir viski sodası ilə silahlanmış olaraq rəhbərlərdən məlumat topladığı, hekayələri qeyd etdiyi və ibtidailərin mətinlərinə dair yüzlərlə səhifə kağız topladığı rahat mövqeyindən əl çəkməlidir. Kəndlərindən kənara çıxmalı, yerliləri bağçalardakı işdə, sahildə və qarışıqlıqda izləməlidir. Onlarla birlikdə ən uzaq sahillərə, ən xarici nəsillərin yanına getməli; balıqçılıqda, ticarətdə və kəndlər arası qutlamalarda, səfərlərdə onları izləməlidir. Məlumat ona ibtidailərin həyatı üzərində öz müşahidələri ilə qidalanaraq gəlməlidir, könülsüz rəhbərlərdən damla-damla qoparılmalıdır “.
Həmçinin,
“Antropoloq, bir rəhbərlə danışıb yerlinin fikrini, məsələn, ölümdən sonrakı həyata dair fikrini formalaşdıra bilər. Bu fikir yazıya alınır, cümlənin mübtədasına cəm qoyulur və biz “yerlinin inancı belə belədir” deyə bir şeylər öyrənirik. Buna tək ölçülü məlumat deyirəm. Daha sonra hadisənin üzərinə gedilməli, hadisələrin müxtəlifliyini sadələşdirəcək meyarlar qoymalıdır. Hər təsadüfi üsul qətiyyən elmdən kənar dərk edilməməlidir”
Malinovski öz dövrü ilə əlaqədar olaraq ad verərək də səthi düşünməni tənqid etmişdir: “Doktor Lovie (ABŞ-da Antropologiya məsələsində ən böyük mütəxəssis) bu fikri dilə gətirir:
“Adət-ənənə bir xarakterə sahib olan qanunlara, ümumiyyətlə, bizim yazılı qanunlarımıza görə daha bir diqqətlə riayət edilir, ya da daha doğrusu öz-özünə boyun əyir. İbtidai Avstraliyanın qanunlara diqqətlə boyun əyməsini, Nyu-yorkda oturan biri ya da bir Melanezyalının qanunlara boyun əyməsini, Qlazqo qaydalarınaa tabe olmağı sevməyən bir vətəndaşınkı ilə müqayisə etmək, təhlükəli bir üsuldan istifadə etməkdir və belə bir müqayisə etməyin nəticələri həqiqətdə çox ümumi olar və bütün mənasını itirə bilər”.
Yuxarıdakı nümunədən daha toparlayıcı bir nümunə də bildirir Malinovski. Melaneziya bölgəsindəki Trobriand adalarında yaşayan xalqın ən əsas dolanışığı balıqçılıqdır. Bu səbəbdən kano istehsalı və istifadəsi son dərəcədə əhəmiyyət qazanmışdır. Kano üzərindən verdiyi nümunə və nəticəsində verdiyi şərh Malinovskinin baxışını çox aydın şəkildə ortaya qoyur:
“Hər kanoda, bu kiçik qayıq üzərində haqq sahibi olan bir adam var. Digərləri matros vəzifəsi yerinə yetirir. Qayda olaraq eyni alt qəbilədən olan bu insanlar bir-birilərinə və kəndlərində yaşayan digər insanlara qarşı eyni məsuliyyətləri daşımaqdadırlar. Kəndlilər balığa çıxmaq istədəsə kanonun sahibi yox deməz. Qayığını istifadəyə təqdim etmək məcburiyyətindədir. Ya qayığının başına keçər və ya bir başqa adamın qayığını istifadə etməsinə icazə verər. Qayıqda olan şəxslərin də qayıq sahibinə qarşı məsuliyyətləri vardır. Hər kəs öz yerini tutmalı və vəzifəsini yerinə yetirməlidir. Qayıqda olanlar gördükləri işin əvəzi olaraq tutulan balıqlardan paylarına düşəni alacaqlar. Yəni bir qayığın sahibi olmaq və ondan istifadə etmək bir yığın insanı, bir komanda halında birləşdirən qəti hökmlər və vəzifələr daxildir.
Məsələn, Dr.Rivers, “Melaneziya mədəniyyətinin elementlərindən biri də hər zaman üçün deyilsə də adətən bir kanonun bütün bir icmanın birgə mülkiyyətində olması faktıdır” – deyə məlumat verir bizə. Daha sonra isə bu sözləri ilə əlaqədar olaraq “Melaneziya xalqına mülkiyyət məsələsində böyük ölçüdə ortaqlaşma hisslərinin hakim olduğunu yazır. Belə bir ümumiləşmə etmək çox yanlışdır. Hər kəsin haqqı çox dəqiq cizgilərlə müəyyən olunmuşdur. Bu halda mülkiyyət, ortaqlaşmadan başqa, müxtəlif şəkillərdə səciyyələndirilə bilər. Melaneziyada “kütləvilik, ya da ortaqlaşma” xarakterini heç bir şəkildə göstərməyən, birləşik və bir neçə nəfərin pay sahibi olduğu mürəkkəb bir mülkiyəti əlində saxlama sistemi vardır. Müasir bir anonim şirkət də bu vəziyyətdə “ortaq təşkilat” adlandırıla bilər. Əslində vəhşi qurumları “ortaqlaşma,” əsas mal və ya səhmdar cəmiyyət kimi müasir iqtisadiyyat şərtlərindən və ya siyasi çəkişmələrin formalaşdırdığı şərtlərdən borc götürülmüş terminlərlə təsvir etmək ancaq və ancaq yalan olacaqdır “.

Göründüyü kimi, səthi düşünmə Malinovskinin üzərində əhəmiyyətlə dayandığı və son dərəcə də narahat olduğu məsələdir.
Sosial Antropologiya araşdırmalarında Malinovskinin narahat olduğu məsələlərdən biri də qərəzli fikirlərdir. Xüsusilə ilk dövr antropoloqlarının çoxunun ümumiyyətlə ön mühakimələrdən hərəkət etdikləri dəqiq görülür. Bu vəziyyəti anlamaq üçün ilk dövr antropoloqların əsərlərinə baxmaq kifayətdir. Ön mühakiməli antropoloqları tək-tək araşdırmalara yönəltdiyi və araşdırma nəticələrinin başlarındakı ön mühakiməli şablona uyğun olaraq şərh etdikləri görülməkdədir. Bu vəziyyətin ən bariz göstəricisi olaraq Priçard “ibtidai cəmiyyət” adlandırılamasını nümunə kimi verərək əslində bu cəmiyyətlərin ən az bizim qədər qədim tarixə malik olub, bir çox istiqamətlərdən bizdən daha çox inkişaf etmiş olduqlarını söyləyər və “ibtidai” sözünün də böyük bir bəxtsizlik olduğunu qəbul edər.
Malinovski Sosial Antropologiyada əsas ön mühakiməni belə açıqlayır: “İbtidai cəmiyyətlərdə fərdə qəbilə, qrup, yaxud sürü tamamilə hakim olur və fərd cəmiyyətin qanunlarına, adət-ənənələrinə, cəmiyyətin qənaətlərinə qul kimi bir məchul növlə tabe olur. Ona sehr keçirilmişdir sanki. Bu forma, ibtidailərin anlayışı və ictimai həyatı üzərində aparılan yeni mübahisələrdə hələ də əhəmiyyətli bir rol oynuyor “.Halbuki reallıqda cəmiyyətin qaydalarına qul kimi boyun əymə deyə bir şey yoxdur. Malinovskiyə görə ibtidai insan da ən azı müasir cəmiyyət insanı qədər qanunları öz xeyrinə manipulyasiya etməyə çalışır.
“Əsasən kor-koranə boyun əyməsi əsas qərəz olsa da problem təkcə bundan ibarət deyil. Bəzi antropoloqlar heç bir dəlilləri olmamasına baxmayaraq ibtidai qəbilələrdə ailələrlə bağlı çox dəqiq bir qərəzdən hərəkət edirdilər: təsadüfi cinsi əlaqə. “İbtidai qanunu tədqiq edən ilk Alman antropoloqlar də eynilə İngilis müasirləri Ser Henri Men kimi “ibtidailərdə cinsi əlaqənin rast gələ keçirildiyi və yığın evliliklərinin var olduğu variantından yola çıxmışdılar” . Maraqlıdır ki, bu mövqe o vaxt Qərb Dünyası insanlarının böyük əksəriyyətində vardı.
“Primitivlik hələ də absurd, amansız və qəribə adətlər, gülməli və maraqlı boş inanclar, iyrənc üsullar mənasına gəlir. Eyş-işrətlə bağlı tabular, uşaq öldürmə, kəllə ovu, hannibalizm və daha nələr antropologiya ilə bağlı kitabların ciddi elmi kitablar deyil də maraq doğuran məsələlər kimi qiymətləndirilməsinə və bir çox adam tərəfindən təkcə bu səbəblərlə oxunmasına yol açdı”.
Bütün bu düşüncələr Malinovskinin, kitablarında yer-yer istinad etdiyi məqamlardır və həqiqətlə heç bir əlaqəsi yoxdur. O, bütün bu düşüncələrlə dolu Antropologiyanı “qulaqdan qulağa keçən insan elmi” olaraq adlandırmaqtadır. İşin əsl əhəmiyyətli nöqtəsini isə belə açıqlayır: “Bizə madolyonun bu üzünü göstərənlər qatı qanuna heç bir şəkildə uyğun gəlməyən yerli davranışındakı nizamsızlıqları və mürəkkəblikləri yaxşı bilirlər “. Apardıqları tədqiqatlarda fərqli nəticələrə nail olmuş olsalar da ilk dövr antropoloqlarının çoxu nəticələri başlarındakı düşüncələrə görə açıqladılar. Üsul məsələsindəki yanlış mövqelərin də bu vəziyyəti dəstəklədiyini demək olar.
Sosial Antropoloji araşdırma üsulunun əsasını “iştirakçı müşahidə” təşkil edir. Sosial Antropoloq araşdıracağı insan qrupuna qatılır və müəyyən bir zaman onların içində qalır. Onlar kimi yaşamağa çalışır. Suallar soruşur, onları dinləyir və təhlillərdə olur. Bütün bunları, araşdırdığı cəmiyyətin dilini öyrənərək etməlidir.
Sosial Antropologiya “iştirakçı müşahidə” metodunun banisi və ilk ciddi icraçısı Malinovskidir. Təxminən beş il Papua-yeni Qvineyanın Cənub Şərqindəki Trobriand adalarında qalaraq araşdırma aparıb. Apardığı araşdırmalar nəticəsində əldə etdiyi məlumatlar Sosial Antropologiyada yenilik olmuş və yazdığı əsərlər sahənin klassikləri halına gəlmişdir. Bu səbəbdən Malinovskini “iştirakçı müşahidə” üsulunun ehtiraslı müdafiəçisi kimi qiymətləndiririk. Onun üsul iradlarının mərkəzi nöqtəsini də “iştirakçı müşahidə” təşkil edir.
Üsul araşdırması məsələsinə Malinovski iki istiqamətdən yanaşır. Bunların ilki daha əvvəl üzərində dayandığımız səthi düşünmə və ön mühakimə tənqidləri yaxından əlaqəlidir. Ona görə, aparılan tədqiqatları Sosial Antropoloq beynindəki düşüncələrə uyğunlaşdıracaq şəkildə və səthi aparırır, iştirakçı müşahidə üsulu çox qısa zamanlar üçün həyata keçirilir. Tədqiqatçı araşdırdığı cəmiyyətin dilini öyrənmir, tutduğu rəhbərlər vasitəsilə əldə etdiyi məlumatları tamamilə etibarlı qəbul edir, bu hal da qeyri-sağlam faktların toplanmasına səbəb olur. Özünün yaşadığı bir təcrübəni iştirakçı, müşahidənin əhəmiyyətini göstərməsi baxımından nümunə olaraq verir:
“Oburakuda keçirdiyim bir neçə ay ərzində məşhur ekstrasenslə söhbətlərim belə oldu. Yalnız onunla səmimi olmaqla qalmamışam, ruhlarla, onların ölkələri, mənəviyyatları, şən amma bir az məsuliyyətsiz davranışları ilə də səmimi olmuşam. Bu məsələ ilə əlaqədar öyrəniləcək nə varsa mən də bir ara öyrənmək istəyirdim. Dostum, danışdığı hekayətləri könüllü olaraq yenidən danışırdı. Soruşduğum suallara da şablon cavablar verirdi. Bu kəramət sahibinin, danışdığı zaman bir çox hiyləyə və nömrəyə müraciət etdiyini öyrənmişəm və bir neçə dəfə yalanlarını cinayət üstündə tutmuşam. Məsələn, ruhların dilini improvizasiya edərək necə istifadə etdiyini öyrənmək istəyirdim. Tumada keçən sözləri deyərkən çox rahat bir dil istifadə edirdi. Mənsə onunla danışarkən çox sadə sözlər seçirdim. Aradan bir neçə həftə keçəndə, eyni şeyi qeyd etmək üçün eyni sözü iki dəfə istifadə etmədiyini müəyyən etdim. Demək ki, O, zamanın bəhrələnməsinə görə hər dəfə ayrı bir ruh dilini istifadə edirdi və bunu çox ustalıqla bacarırdı. Onun heç bir zaman “yanlışlığını ortaya çıxarmadığımı” və nömrələrini üzünə vurmadığımı, bilmirəm, deməyə gərək varmı”?
Malinovskinin üsul araşdırmasına qarşı ikinci tənqid etdiyi nöqtə “sahə işləri” mövzusundadır. Bəzi tədqiqatçılar heç meydançaya enmir, aparılan araşdırmaları eşidərək məsələ ilə məşğul olurlar. Malinovskiyə görə belə bir iş üsulu Sosial Antropologiyaya uyğun gəlmir. Həqiqətən məşhur adlardan bəzilərinin araşdırmaları belə sahə araşdırması deyil. Məsələn, Antropologiyanın çox məşhur bir adı və eyni zamanda Malinovskinin də müəllimi olan Ceyms Freyzerin heç sahə araşdırması yoxdur. O, tədqiqatçıları məktublar göndərərək işə təşviq etmiş, lakin özü meydançaya ayaq basmamıştır. Maks Müller, Hind Vida mətnlərini İngilis dilinə çevirmiş, lakin bir dəfə də Hindistana getməmişdir. Teylor ibtidai qəbilə dinləri ilə bağlı nəzəriyyə ortaya qoymasına baxmayaraq heç ibtidai qəbilə daxilində olmamışdır. Bu adlara daha bir çoxlarını əlavə etmək olar. Sahə araşdırması etməyən bu adlar aparılan araşdırmaları oxuyaraq sahəyə vaqif olmağa çalışmışlar. Düşüncələrini və inkişaf etdirdikləri nəzəriyyələrini başqalarının əsərləri üzərindən istehsal etmişlər. Ancaq o tədqiqatları aparan bəzi sosial antropoloqların səthi və ön mühakiməli işləri “meydançaya çıxmayan” kimi bəzi nöqtələrdə təəccübləndirmiş və “onların bu baxışının qətiyyən ciddiyə almağa dəyər bir tərəfi yoxdur” deyiləcək mövqeyə çəkmişdir. Günümüzdə yazılan hər hansı bir Antropologiya kitabını oxuyan adam bu vəziyyəti dərhal fərq edəcəkdir.

LEAVE A REPLY