Sabah hava necə olacaq- PROQNOZ

0
10

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 16-18° isti, gündüz 24-28° isti, Bakıda gecə 16-18° isti, gündüz 24-26° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.

Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 27-32° isti, dağlarda gecə 6-11° isti, gündüz 12-17° isti təşkil edəcək.