Yeni təhlükəli virus yayılıb –Meymun qripi

0
6
Afrika qitəsinin cənub ölkəsi olan Kamerunda meymun qripi virusu yayılıb.

Trend-in məlumatına görə, artıq 7 nəfər bu virusdan ölüb. Daha 7 nəfər isə bu diaqnozla xəstəxanaya yerləşdirilib. Kamerun rəhbərliyi virusun yayılmasının qarşısını almağa çalışır. Rusiya Səhiyyə Nazirliyi müvafiq qurumlara Kamerundan gələn miqrantları diqqətlə yoxlamağı tapşırıb.

Virus keçici sayılır və əsas simptomları başağrısı, yüksək temperatur, əzələ ağrısı və dəri səpkisidir.