MTRŞ Xoşqədəmlə bağlı qərarını açıqladı…

0
4

MTRŞ Xoşqədəmlə bağlı qərarını açıqladı…

Milli Televiziya və Radio Şurası (MTRŞ) Xoşqədəm Hidayətqızının verilişlərinin ANS TV-nin efirinə qayıdacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov Report-a açıqlamasında deyib ki, veriliş cəza müddəti bitdikdən sonra efirə qayıda bilər:
“ANS-in “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” verilişləri konkret qanun pozuntularına görə dayandırılmışdı. Qanunda verilişi bir aylıq dayandırmaq səlahiyyətimiz var. Veriliş cəza müddəti bitdikdən sonra efirə qayıda bilər. Amma əvvəl yol verilmiş pozuntular təkrarlanmamalıdır. Kanalın verilişə cavabdeh olan şəxsləri bunu anlayırlar. Bununla belə, əvvəlki hallar davam edərsə, verilişə görə kanala qarşı görülə biləcək növbəti inzibati tənbeh tədbirləri davam edə bilər. Bu isə müsbət nəticələr verməz”.
Şöbə müdiri bildirib ki, “Televiziya və radio yayımı haqqında” qanunun 23.2.8-ci maddəsinə görə, yayımçı bir il müddətində azı üç dəfə teleradio yayımı sahəsində məsuliyyətə cəlb edildikdə, xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə teleradio yayımı sahəsində müvafiq dövlət orqanı, yəni MTRŞ qərar qəbul edə bilər.
“Yəqin ki, kanal əvvəlki formatda və həmin pozuntularla verilişi davam etməz və sonluq da belə olmaz”, – şöbə müdiri əlavə edib.
Xatırladaq ki, MTRŞ-nın qərarı ilə ANS TV-də yayımlanan “Xoşqədəmlə axtarıram səni” və “Sən tək deyilsən” proqramları oktyabrın 5-dən etibarən bir ay müddətinə bağlanıb.

LEAVE A REPLY