Oruc hansı xəstəlikləri müalicə edir? – Məşhur dietoloq açıqladı

0
4

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis orucun xərçəng hüceyrələrini təmizlədiyini bildirib:

Oruc tutmaq xərçəng xəstəlikli hüceyrələri təmizləyir

“Bədən təxminən 16 saat ac qalanda vücud xərçəng hüceyrələrini təmizləyir. 16 saat ac qalanda, bağırsaqlardakı ağ qan xərçəng hüceyrələrini yeyir və öldürür. Eyni zamanda, zədəli və xəstə hüceyrələri də təmizləyir, həm də onları parçalayır. Hazırda xərçəng müalicəsində elmi baxımdan oruc tətbiq olunur. Alimlər sübut edib ki, hər hansı şəxs şüurlu şəkildə oruc saxladığı zaman bədən xərçəng və ziyanlı hüceyrələri aradan qaldırır”.

Xurma orqanizmin əsas ehtiyaclarını qarşılayır

Ender Saraç daha sonra xurmanın faydalarını izah edib: “Orucunuzu bir iri və 3 kiçik xurmayla açın. Çünki xurmanın içində çox qiymətli təbii şəkər və minerallar var. Ac orqanizmin ən təcili ehtiyacı olan əsas qida dəyərlərini xurma ödəyir. Xurma bitkilər aləmində heyvanlar aləminə ən yaxın qida adlandırılır. Bu səbəbdən çox qidalandırıcıdır. Tərkibindəki maqnezium bağırsaqları işlədir, əzələlərə yaxşı təsir edir, kalsium isə sümükləri gücləndirir”.

Tox qarına şirniyyat yemək intihara bərabərdir

Şirniyyatlardan və ağ çörəkdən də bəhs edən həkim vətəndaşlara vacib xəbərdarlıqlar edib: “Bir gün zülal, bir gün də karbohidratla zəngin olan məhsullar yeyin. Ağ çörəyi mümkünsə, yeməyin, uşaqlarınıza da yedirtməyin. Ağ çörək orqanizmə mənfi təsir edir. Mikrobsuz iltihab yaradır, diqqət edin. İftar süfrəsində kalorili yeməklərdən sonra şirniyyat yemək böyük səhvdir. Tox qarına şirniyyat yemək yavaş intihardır. Çünki yeməkdən sonra qanda şəkərin miqdarı yüksəlir, onu aşağı salmağa çalışan mədəaltı vəzi çox miqdarda insulin ifraz edir. Şirniyyatdan sonra bu proses bir neçə dəfə artır. Nəticə etibarı ilə nə qədər çox insulin ifraz olunarsa, o qədər sürətlə qocalır və hormonları pozursunuz. Qarında və beldə yağlanma əmələ gəlir. Xərçəng və bir çox xəstəliyin əsas əlamətlərindən biri də qarın və beldə yağlanmanın olmasıdır. Odur ki, şirniyyatı iftardan 2 saat sonra yeyin”.