Etibar Məmmədovun oğlu ABŞ-da təhsilini uğurla başa vurdu – FOTOLAR

0
5

Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun oğlu Ayxan Məmmədov ABŞ-ın Corc Vaşinqton Universitetində siyasi menecment ixtisasi üzrə təhsilini başa vuraraq, magistr dərəcəsi alıb. O, bu barədə atası ilə birlikdə facebookda məlumat və foto paylaşıb.

AMİP katibi Əli Orucov musavat.com-a açıqlamasında partiyanın təbrikini çatdırıb:“Ayxan bəy ölkəmizin işıqlı gənclərindən biridir. O, AMİP Gənclər Təşkilatının sədridir. Ayxan bəyin bu uğuruna AMİP-çilər olaraq çox sevindik. Onu təhsilini müvəffəqiyyətlə başa vurması münasibətilə ürəkdən təbrik edir, ona uğurlar arzulayırıq”.

Qeyd edək ki, A.Məmmədov bakalavr təhsilini Azərbaycan Turizm və Menecment Universitetində alıb.

Əli Orucov: “Ayxan bəy ölkəmizin işıqlı gənclərindən biridir”

1526914362_0341526914367_033

1526914367_untitled-1