“Yaxın Şərqdə İrana qarşı bütün lazımi tədbirlər görüləcək” –Pentaqondan bəyanat

0
5
ABŞ-ın Müdafiə Nazirliyi Yaxın Şərq regionunda İranın fəaliyyətinə qarşı müqavimət göstərmək üçün bütün lazımi tədbirləri görəcəyinə vəd verib.

“Reuters” xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi deyib.

“Biz İranın bölgədə apardığı düşmənçilik fəaliyyətinə qarşı durmaq və cavab vermək üçün bütün lazımi addımları atmaq niyyətindəyik. Biz hazırda mövcud tədbirləri gücləndirməyimizi və ya yeni addımlar atmalı olduğumuzu qiymətləndiririk”, – deyə Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Robert Menninq bildirib.

Bununla belə o, söhbətin konkret olaraq hansı tədbirlərdən getdiyini dəqiqləşdirməyib.