İranda 721 nəfər göbələkdən zəhərlənib- Ölənlər var

0
5
İranın Kermanşah, Kürdüstan, Lurestan, Zencan, Qərbi Azərbaycan və Qəzvin əyalətlərində 721 nəfər göbələkdən zəhərlənib.

Trend-in məlumatına görə, zəhərlənənlərdən 9-u ölüb, 50 nəfər ağır vəziyyətdədir. Onlardan bəzilərinə təcili qaraciyər köçürülməsi tələb olunur.

Yasudja Tibb Elmləri Universiteti bildirir ki, göbələklərin xarici görünüşü və dadı yeməli olan göbələklərdən fərqlənmir. Onların zəhərli olduğunu yalnız laborator eksperimentlər nəticəsində müəyyən etmək mümkündü.