Mübariz Pənəhov (Laba) icra başçısı olmaq həvəsinə düşüb – Binəqədiyə təyinat almağa səy göstərəcəkmi?

0
4
Azərbyacanı Türkiyə ilə birləşdirən “Sədərək” Gömrüyünün sabiq rəisi, “Laba” ləqəbi ilə tanınan Mübariz Pənəhov uzun müddətdir ki, icra başçısı olmağa çalışır. Bu barədə məlumatı Azinforum.az  etibarlı qaynaqlardan əldə edib.  Qeyd edək ki,  Mübariz Pənahov  “Sədərək” gömrüyündəki postunu itirəndən sonra,  Bakıda yaşamağa başlayıb. Onun Bakıda və ölkə xaricində böyük biznes obyektlərinin mövcudluğu  və hazırda  Mübariz Pənəhovun   onların idarəedilməsi ilə məşğul olduğu bildirilir. O,  2004-cü ildə gömrükdən uzaqlaşdırılandan sonra, 10 il müddətində  işsiz qalıb.  Mübariz Pənahov çətinliklə olsa da, 2014-cü il mayın ayının 7-sində  SOCAR-ın Təhlükəsizlik Xidmətinə rəis müavini vəzifəsinə təyinat ala bilib.

Amma  görünür  bu vəzifə sabiq gömrük rəisinin iddialarına tam cavab vermir. O, yaxın ətrafı ilə söhbətlərdə  rayonlardan birinə icra başçısı getmək kimi niyyətinin olduğunu gizlətmir. Deyilənə görə, Mübariz müəllim xüsusilə də Bakının rayonlarından birinə rəhbər posta təyinat almaq istiqamətində ciddi çabalar göstərir. Məlum olduğu kimi,  dünən Binəqədi rayonunun icra başçısı Xaləddin İskəndərov ölkə başçısının müvafiq sərəncamı ilə tutduğu vəzifədən azad edilib.  Onun yerinə hələ ki, təyinat olmayıb. Çox güman ki,  həmin rayona icra başçısı olmaq istiqamətində səy göstərənlərdən biri də Mübariz Pənahov olacaq.

Azərbaycanda hamının “Laba” ləqəbilə tanıdığı M.Pənahov Naxçıvanın ictimai-siyasi, eyni zamanda idman həyatında mühüm rolu olmuş şəxslərdəndən biri olub. Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olduğu vaxtlarda onun mühafizəsinin təşkilində iştirak etmiş M.Pənahov etimad qazanaraq Sədərək gömrük-keçid məntəqəsinə müdir təyin olunmuş, 10 ilə yaxın bu vəzifədə çalışmışdı.

Mövzu ilə bağlı Mübariz Pənəhovun da mövqeyini dinləməyə hazırıq.

Rövşən ƏLİ,

Azinforum.az