Bu barədə yayılan məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Open.az saytına təsdiqləyib.
Onun sözlərinə görə, araşdırma aparılır: “Onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir. Bir müddət əvvəl açıqlama vermişdik, amma yenidən araşdırırıq. Bu, elə məsələdir ki, özbaşına buraxmırıq”.
1 saylı Körpələr Evindən Axar.az-a bildirildi ki, N.Əliyevanın işdən çıxarılması ilə bağlı onlarda heç bir məlumat yoxdur:
“Nəhayət xanım dünəndən işə gəlmir, səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib”.
Qeyd edək ki, bir müddət əvvəl müğənni Rəqsanənin qızı Aysun video paylaşaraq, 1 saylı Körpələr Evindən oğurluq edildiyini iddia etmişdi. Videoda körpələr evinin işçilərinin valideyn himayəsindən məhrum olan uşaqların qaldığı binanın girişindən böyük torbaları “Prado” markalı maşına daşıdığı əks olunurdu.