İranda güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 130-u keçib

0
19
İranın mərkəzi hissəsində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 133-ə çatıb.

Trend-in məlumatına görə, onlardan əksəriyyətinə yerindəcə tibbi yardım göstərilib, 32 nəfər isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, dünən İranın cənub-qərbində – Kohgiluyə və Buyer Əhməd vilayətinin Sisəxt şəhərində 5,3 bal gücündə zəlzələ olub.

Yerin 8 km dərinliyində baş verən zəlzələ nəticəsində bəzi yerlərdə elektrik verilişi dayanıb, binalarda çatlar əmələ gəlib.