Putin: “Terrora qarşı Suriya və İraq ordusundan, kürd dəstələrindən istifadə olunmalıdır”

0
4

Putin: “Terrora qarşı Suriya və İraq ordusundan, kürd dəstələrindən istifadə olunmalıdır”

“Yaxın Şərqdə döyüşənlər Rusiya üçün təhlükədir. Biz terrorçuların vaxtilə Şimali Qafqazda nə törədiklərini yaxşı xatırlayırıq”.

Bu sözləri Soçidə keçirlən Valday Siyasi Klubunun iclasında iştirak edən prezident Putin çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiyanın Suriyadakı əməliyyatın yeganə məqsədi ölkədə sülhə nail olmaqdır. Putin qeyd edib ki, Rusiya hərbiçlərinin keçirdiyi əməliyyat problemin siyasi yola həllinə imkan yaradacaq.

“Suriyadan və İraqdan terroçuları təmizləmək lazımdır. Suriyanın və İraqın nizami ordusundan ,kürd döyüşçü dəstələrinin imkanlarından terrorçuların dağıdılması üçün istifadə edilməlidir. Bu məsələdə regional ölkələrin köməyi də vacibdir. Birgə antiterror əməliyyat üçün koordinasiya işi qurulmalıdır. Əsas odur ki, suriyalar öz taleyini özləri həll etməlidir”.

Putin bildirb ki, Yaxin Şərq həmişə imperiyaların üz-üzə gəldiyi məkan olub. “Bu imperiayalar xalqın taleyinin müəyyənləşməsi üçün o ölkənin sahiblərindən heç soruşmayıblar”.

Putin regionun iqtisadi inkişafı üçün “yol xəritəsi” hazırlanmasını təklif edib.

“Suriyanın sosial və digər problemlərini həlli üçün böyük miqyaslı maliyyə vəsaiti lazımdır. Əsas məsələ bu problemin həlli üçün bir-birini müttəfiq kimi qəbul etməkdir. Ancaq bununla biz terrora qalib gələ bilərik”.

LEAVE A REPLY