Aydın Əliyev rəisi işdən qovdu
Dövlət Gömrük Komitəsinin Balakən gömrük-keçid məntəqəsinin rəisi Hikmət Məmmədov tutduğu vəzifədən azad olunub.
AzNews.az xəbər verir ki, H.Məmmədovun vəzifədən alınması səbəbsiz olmayıb. O, yol verdiyi nöqsanlara görə vəzifəsini itirib.
Məlumat üçün onu da qeyd edək ki, Hikmət Məmmədov ötən il bu vəzifəyə təyin olunmuşdu. Buna qədər o, Astara gömrüyünün rəisi olub.