Dagbladet (Norveç), 29.04.2018
Hər il yorğun avtonəqliyyat sürücüləri YNH-də həlak olurlar, amma bu, yeganə problem deyil. Siz lap az yatırsınızsa, hansısa xəstəliyə tutulmaq riski artır.
Bunu yuxu problemlərinin məşhur amerikalı tədqiqatçısı Metyu Uoker özünün yeni “Biz niyə yatırıq” kitabında iddia edir. Yuxunun yetərincə sürməsi həyatı uzadan möcüzəyaradıcı dərmandır. O sizi daha kreativ edir, yaddaşı yaxşılaşdırır, qəşəng qalmaq imkan verir, sizi xərçəngdən və demensiyadan (qazanılan əqli zəiflik-tərc.) qoruyur, şəkər xəstəliyi, infarkt və iflic riskini azaldır.
Uoker yazır – 17 mindən çox elmi məqalə bundan danışır.
Amerikalı tədqiqatçı hesab edir ki, sənayecə inkişaf etmiş ölkələrdə ən önəmli bütün xəstəliklər – ürək xəstəlikləri, piylənmə, şəkər və xərçəng kimi – belə, ya elə yuxu azlığından törəyir.
Həm fiziki, həm də psixi xəstəliklər
SOVno (Norveç yuxu problemlərinin araşdırılması xidməti) tədqiqatçısı və Bergen universitetinin professoru Byörn Byorvatn deyir: “Siz son dərəcə az yatırsınızsa, həm fiziki, həm də pisxi xəstəliklərin tam bir dəryası riski çoxalır. Qorxu, depressiya, şəkər, ürək-damar xəstəlikləri – hamısı yuxu azlığıyla bağlıdır”.
Və davam edir: “Yuxunun prioritet olması sizin üçün önəmlidir. Bu, çətin ola bilər – oyaq qalmaq bəzən daha nəşəli olur. Amma dedikcə az yatsanız, bunun nəticələri olacaq”.
Byorvatn amerikalı həmkarının kitabını təzəcə oxuyub. O deyir ki, Uokerin təsvir etdiyi qarşılıqlı əlaqələr artıq aparılmış araşdırmalara əsasən məlumdur, amma ola bilsin, amerikalı həmkar son dərəcə dərinə gedir.
Norveç texnoloji universitetinin alimi və Müqəddəs Ulava Xəstəxanasının psixoloqu Hovard Kallestad deyir ki, Metyu Uoker yuxu problemlərinin araşdırılması sahəsində aparıcı tədqiqatçıdır. Kallestad qeyd edir ki, onun qənaətləri son dərəcə dramatik görünə bilsə də, yazdıqları səhv deyil.
Müştərilərdə yuxuyla bağlı problemlərin araşdırılması üzərində daim işləyən Kallestad deyir: “Biz adamlar həyatımızın üçdə birini yuxuya sərf edirik. Və yuxu əvvəlkitək elmi baxımdan həll edilməmiş problemdir”.
Çəki çoxalır
Yuxu azlığı zamanı bu və ya digər xəstəliyi qazanmaq riski çoxalır, çünki adam əlavə çəki yaratmağa başlaya bilər. Artıq çəki II növ şəkər xəstəliyinə tutulmaq, habelə ürək-damar xəstəliyi qazanmaq təhlükəsini artırır.
Byorvatn deyir: “Siz dedikcə az yatırsınızsa, iştahanız yüksəlir, güclü şəkildə şirniyyat istəyirsiniz”.
Uoker hesab edir ki, adam hətta altı-yeddi saat yatırsa, bu və ya başqa xəstəliyə tutulmaq riski güclü artır. Yuxu üçün ideal müddət səkkiz-doqquz, ən azı isə, səkkiz saatdır, siz hər gecə məhz bu qədər yatmalısınız.
Byorvatn vurğulayır ki, son dərəcə az yuxu xəstəlik riskini yüksəldir. Amma ola bilsin, sizin üçün az olan şey qonşunuz üçün kifayətdir. Aramızda az yatan adamlar var.
“Hər gecə səkkiz saat yatmalı olduğumuzun heç bir sənədli təsdiqi yoxdur. Yaşlı adamlarda yuxuya tələbat müxtəlifdir. Məni lap çox bu qorxudur ki, ola bilsin, hamı yataqda səkkiz saat öldürməyə başlayar. Onda çoxları sadəcə uzanacaq və yatmayacaq, bu isə yuxusuzluq törədir”.
ABŞ-da aparılmiş bəzi araşdırmalar göstərib ki, səkkiz saat işığın əsla sızmadığı qapqaranlıq otaqda yatılsa, adamlar daha da işqabiliyyətli olurlar. Professor Byorvatn dəqiqləşdirir – amma biz qaranlıq otaqlarda yaşamırıq.
Xəstələnmək riski artır
- Tədqiqatçı və professor Metyu Uoker öz kitabında yuxu azlığının ürək-damar sistemi xəstəlikləri riskini necə artırdığını təsvir edir, çünki qan təzyiqinin artmasına səbəb olur.
- Xərçəngə tutulmaq riski iki dəfədən çox artır, çünki immunitetin qorunmasına sorumlu hüceyrələr zəif düşür.
- Duz və pilək yığını Altsgeymer xəstəliyinin erkən əlamətidir. Demensiyanın inkişafa başladığı adamlar tez-tez pis yatırlar. Son dərəcə az yuxu piləyin çıxarılmasına imkan vermir. Və nəticədə özü özünü gücləndirən spiral alınır. Bu bildirir ki, yaxşı yuxu demensiyanı təxirə sala bilər.
Yuxulaya bilmirəm
Norveç texnoloji universitetindən Kallestad deyir ki, adamların son dərəcə az yatmasının, əsasən, iki səbəbi var. Çarpayıda daha çox vaxt keçirmək imkanı olsaydı, xeyli yata biləcək adamlar var, həm də hətta çarpayıda çox uzansa da, çox yatmayacaq adamlar var. Sonuncularda yuxusuzluq ola bilər. Onlar üçün yaxşı müalicə üsulları var. Kallestad deyir – koqnitiv davranış terapiyası buna səbəb olur ki, yuxusuzluqdan əzab çəkənlərin 60%-i ağıllı-başlı yaxşılaşma hiss edir.
O, “Çoxları yuxunu gərəyincə dəyərləndirməməyə meyllidir, amma adamlar buna yetərincə vaxt ayırmalıdırlar” deyir və əlavə edir: “Yuxu yaddaş üçün önəmlidir. Yatmalıyıq ki, yeni bilikləri mənimsəmək durumunda olaq, yatarkən isə öyrəndiklərimizi “emal edirik””.
Bergendə bu yaxınlardakı araşdırma göstərib ki, adamların 20%-i yuxusuzluqdan əziyyət çəkir (yuxu müddəti beynəlxalq diaqnostika arşınlarına uyğun ölçülüb). Bu, böyük rəqəmdir.
Byorvatn deyir: “Bu, yuxusuzluqdan əziyyət çəkənlərin sayının artdığını göstərir – özü də daha gənc yaşlarda. Adam artıq yatmağa yollanandan sonra yataqda elektron KİV-lərdən istifadə son illərdə dəyişən amillər sırasına aiddir”.
“Yuxu gətirən” yataq otağı
Yuxu probleminiz varsa, telefondan “asılmağı” tərgitsəniz, ya uşaqları yataq otağından qovsanız, sizə xeyri az olacaq.
Yuxu problemi tədqiqatçısı Byörn Byorvatn Bergendə SOVno-dakı həmkarlarilə birlikdə yataq otağıyla bağlı hansı vərdişlərin yuxusuzluq kimi xəstəliklərlə səsləşdiyini aydınlaşdırmaq qəsdilə araşdırma aparıb.Telefonla 1001 nəfər sorğuya tutulub, yataq otağıyla bağlı respondentlərin vərdişləri haqda suallar verilib. Onlara yataqda uzanarkən kitab oxuyub-oxumadıqları, ya telefondan “asıldıqları”, yataq otağındakı hərarət, habelə yatağı kimləsə bölüşüb-bölüşmədikləri haqda suallar verilib.
Byorvatn deyir: “Yuxusuzluqdan əziyyət çəkənlərlə normal yatanların yataq otağıyla bağlı vərdişləri arasında fərq azdır”.
O, qeyd edir ki, araşdırmalar səbəb-nəticə münasibətlərini deyil, hansısa əlaqləri göstərə bilər. Yuxu problemi olanların çox vaxt ən yeni çarpayısı və ən yaxşı döşəkləri olur. Bununla belə, yuxusuzluqdan əziyyət çəkənlərlə yaxşı yatanların yataqda mobil telefondan isitfadədə də heç bir fərqi olmayıb.
“Yuxusuzluqdan əziyyət çəkənlərin bəziləri yuxulaya bilməyəndə elektron KİV-lərdən istifadə edirlər. Yəni oyaqlıqda məşğul olduqlarının eynisini edirlər. Düşünmək sadəlövhlükdür ki, mobil telefondan imtina edən kimi problem çözüləcək”.
Bununla belə, Byorvatn qeyd edir ki, yataqda mobil telefondan “asılı qalmamaq” məsləhətini dinləməyinə dəyər.
Yetərincə yatırsınızmı?
Amerika yuxu tədqiqatçısı Metyu Uokerin fikrincə, iki suala cavab verməklə yetərincə yatıb-yatmadığınızı anlamaq olar.
Sübh o başdan oyanıb saat 11-də bir də yuxulaya bilərsinizmi? 12 saata qədər səmərəli işləmək üçün kofe içməlisinizmi? O, son kitabında yazır – bu suallardan, heç olmasa, birinə təsdiq cavabı versəniz, bu bildirir ki, son dərəcə az, ya da çox pis yatırsınız.
Byörn Byorvatn hesab edir ki, bu olduqca sərt qənaətdir. O düşünür ki, son dərəcə az yatıb-yatmadığımızı özümüz hiss edə bilərik. Onun fikrincə, “tamamilə mümkündür ki, hətta bəs deyincə yatsanız da, kofe içmək istəyirsiniz, başlıcası elə yatmaqdır ki, növbəti gün yorğunluq duymayasınız ”.
Byorvatn məsləhət görür – yetərindən artıq deyil, kifayət qədər yatmağınız lazımdır. Çoxları hiss edirlər ki, yataqda xeyli ağnasalar, ancaq yorulurlar.
Tərcümə Strateq.az-ındır.